Fərid Şahbazlı: “Bu dövlətin siyasi iradəsinə qarşı çıxmaqdır”

Müəllif: Redaktor

Editor

yLIbPsPU2U5R“Məmurlar Prezident İlham Əliyevin çıxışından ciddi nəticə çıxarmalıdırlar”

“Bütün dünyada yaşanan qlobal iqtisadi böhranın dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyi gözlənilən idi. Manatın devalvasiyaya uğraması və bundan faydalanan işbazların bazardakı məhsualların qiymətini süni şəkildə qaldırmasından yaranan vətəndaş narahatçılığı başadüşüləndir. Yaranmış vəziyyətlə bağlı dövlət başçısının son müşavirədə etdiyi çıxış Prezident İlham Əliyevin daima xalqın yanında olduğunun, vətəndaşların maraqlarının müdafiəsi üçün çalışdığının göstəricisidir”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı son günlər Azərbaycanda yaşanan siyasi və iqtisadi proseslərlə bağlı danışarkən deyib. F.Şahbazlı bildirib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasında etdiyi çıxış məmurlar üçün ciddi siqnaldır və onlar bu çıxışdan ciddi nəticə çıxarmalıdırlar: “Cənab Prezident bütün sahələr üzrə nəzarətin daha da gücləndirilməsi, pozuntulara yol verən şəxslərin ciddi cəzalandırılması, sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması ilə bağlı əhəmiyyətli mesajlar verdi. Dövlət maraqlarını unudub, işbazların dəstəkçisinə çevrilən, sahibkarlığın inkişafına ciddi əngəllər törədən məmurlar bu çıxışdan ciddi nəticə çıxarıb, fəaliyyətlərinə yenidən baxmalıdırlar”.

F.Şahbazlı vurğulayıb ki, yaranmış vəziyyətdə hökumətin üzərinə düşən vəzifə vətəndaşların bu durumdan maksimum az zərərlə çıxmasını təmin etməkdir və hazırda bu istiqamətdə ciddi iş gedir: “Bu situatsiyada vətəndaşlarla işləyən bütün yerli və mərkəzi icra hakimiyyəti orqanları, ictimai təşkilatlar və bir sıra digər qurumlar daha da diqqətli olmalı, insanların problemlərinə böyük həssaslıqla yanaşmalıdırlar. Vətəndaşların problemlərinə, çətinliklərinə laqeydlik yolverilməzdir və bu dövlətin siyasi iradəsinə qarşı çıxmaqdan başqa bir şey deyil”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir