!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ 6,5 milyardı necə qaçırıb? - Gülən-PKK ittifaqı Türkiyədə xaos hazırlayır

!Reklam – Yazi

Terror şəbəkəsi FETÖ-nun dövlət nəzarətinə götürülmüş “Bank Asya”, dərnək, vəqf və başqa qurumlardan 6,5 milyard lirə qaçıraraq gizlətdiyi müəyyənləşib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-çu vəkillərin vasitəsilə xaos yaratmaq üçün qaçırılmış həmin pulların hansı bölgələrdə gizlədildiyini aşkarlayan Türkiyənin xüsusi xidmət orqanı kəşfiyyat məlumatı əsasında bir sıra ünvanları nəzarətə götürüb.

“Bank Asya” və digər qurumların dövlət nəzarətinə götürülməsindən əvvəl qaçırılaraq müxtəlif bölgələrdə gizlədilmiş 6,5 milyard lirənin izinə düşən xüsusi xidmət əməkdaşları şübhəli məkanları ciddi müşahidə altına alıb.

Məlumata görə, FETÖ-nun qaçırıb gizlətdiyi böyük məbləğdə pulun tapılması əməliyyatına xüsusi xidmət orqanının yüksək səviyyəli peşəkarları cəlb olunub.

Qeyd olunur ki, FETÖ qaçırtdığı o pulların bir hissəsini terrorçu PKK-ya və başqa təşkilatlara verərək, Türkiyədə xaos yaradılmasına cəhd göstərəcək. Ona görə də sözügedən 6,5 milyard lirənin ən qısa müddətdə aşkarlanması üçün səylər gücləndirilib. Əməliyyatın gedişində üzə çıxan məlumata əsasən, FETÖ lideri Fətullah Gülən həmin pulların təhlükəsiz yerlərə çatdırılması və “yuyulması” üçün özünə yaxın vəkilləri prosesə qoşub.
Xalqın dini hisslərini istismar edərək zənginləşən FETÖ, 17-25 dekabr əməliyyatlarının uğursuzluğundan sonra əlindəki pulları Türkiyədən xaricə çıxararaq, etibarlı yerlərdə gizlətməyə başladı. Qeyd edək ki, FETÖ pulların nağd şəkildə ölkədən çıxarılmasında kuryerlərdən istifadə edir.

Təhlükəsizlik qüvvələrinin həyata keçirtdikləri bir sıra əməliyyatlar nəticəsində FETÖ-nun bəzi “pul kassaları” ələ keçirilib. Bu günə qədər FETÖ-ya qarşı əməliyyatlar çərçivəsində şübhəli şəxslərin evlərində aparılan axtarış nəticəsində iri məbləğdə pullar aşkarlanıb. Məsələn, Adanada qadın kuryer 400 min dolları hissə-hissə xaricə çıxartmağa cəhd edərkən, cinayət üstündə yaxalanıb. Ondan başqa, İstanbul maliyyə polisinin əməkdaşları 3 FETÖ-çu kuryerin Kamerundakı məktəblərdən birinə 106 min 490 dolları aparmağa cəhd edərkən, hava limanında yaxalanıb. İsgəndərunda FETÖ təhqiqatı çərçivəsində polis nəzarətində olan iş adamı M.K. isə tanıdığı bir nəfərə saxlamaq üçün 800 min lirə verərkən, ələ keçmişdi. FETÖ-ya qarşı keçirilən bu tip əməliyyatlar zamanı ümumilikdə 50 milyon lirə məbləğində çek, 3,5 milyon lirə nağd pul müsadirə edilib.

Yeniçağ.Az

www.yenicag.az

995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv