yenicag.az
yenicag.az

FETÖ Azərbaycanda və ya kimlər gülənçilərlə çiyin-çiyinə idi? – Tənzilə Rüstəmxanlı yazır

FETÖ Azərbaycanda və ya kimlər gülənçilərlə çiyin-çiyinə idi? – Tənzilə Rüstəmxanlı yazır

Müəllif: Baş Redaktor

Baş Redaktor


tenzile-300x224 (1)Bu günlərdə at izi, it izinə çox qarışdığından, səbrlə gözləyirdim ki, ortalıq sakitləşsin, hər kəs ətəyindəki daşı töksün, kimin kimə nə qədər kini varsa qussun. Anlaya bilək ki, nə baş verir və gerçəklər əslində nədir?

Türkiyəmizdə baş verən 15 iyul 2016 tarixli seçilmiş höküməti ortadan qaldırma və dövləti yox etmə əməliyyatı, türk millətinin və siyasi iradənin əzmi ilə fiyaskoya uğradı. Bu hadisədən sonra axır ki, Türkiyənin vəzifə sahibləri gördülər ki,çox böyük bir fəlakətin eşiyindən dönüldü. R.T.Ərdoğan gördü ki, illərlə inandığı və dövlətin önəmli mövqelərini etibar etdiyi adamlar onu və ailəsini bir anın içində ortadan qaldıraraq yox edəcəkdi.

Ölkə bölünmə təhlükəsiylə üz-üzə qalacaqdı və məmləkət iç savaşla boğuşmak zorunda buraxılacakdı. Müsəlman olduğuna inandığı və illərlə bərabər yürüdüyü dost bildikləri onu kürəyindən vuracaq və ölümünə fərman yazacaqdı. 10 il bundan öncə yatsa yuxusunda görsə belə inanmazdı, necə ki, düz 20 ildir ki, bu adamların nə olduğunu elmi konfranslarla anlatmağa çalışırdıq. Heç cür dərdimizi anlada bilmirdik. Əslində məcbur olmasaydım bu yazını da yazmayacaqdım.

Azərbaycanda bir ata sözü var. Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bu yazını qələmə almağımım əsl səbəbi Azərbaycandakı FETÖ tərəfdarlarının həyasızcasına və əxlaqsızca saxtakarlıq edərək illərini Türkiyə kimi ölkəmizi gözləyən FETÖ fəlakətinə qarşı mübarizəyə həsr etmiş adamlara hücum etmələri oldu. Və çox qəribə işlər baş verir bu ölkədə…

Dünənə qədər birbaşa Fətullah Gülənin xeyir-duası ilə qurulmuş “Çağ Öğretim”, Qafqaz Universiteti, Dialoq Avrasiya Platformu, Xəzər Strateji Araşdırmalar İnstitutu, Gazeteciler ve Yazarlar Vakfı, 2008-2009-cu illərdə haqqımızda ən çirkin iftiraları yazan, bizi Ergenekonun Azərbaycan ayağı elan edən “Zaman Azərbaycan”ın tədbirlərində onlarla çiyin-çiyinə dayanan siyasilər, millət vəkiləri, baş redaktorlar, QHT rəhbərləri, yazıçılar, aydınlar bu gün kimsəyə aman vermədən Fətullah Gülən və qurduğu terror örgütünün əleyhinə danışmaqdadırlar.

Çox uzağa deyil, üç il bundan öncə Azərbaycan mətbuatına baxısaq, bu adamların Gülənin ideologiyasının birbaşa təbliğatçısına çevrildiklərinin şahidi olacaqsınız. Ya bu adamların yaddaş problemləri var, ya da millətin hafizəsini ələ salırlar. Bunların ən çox müdafiə olunduqları arqumentlər “Biz onun terror örgütü olduğunu bilmirdik”, “Türkiyə hökuməti onları müdafiə edirdi, onların yanındaydı” cümlələridir. Doğrudur! Biz də bunu bilirik. Amma unutduqları bir şey var ki, Türkiyənin ən önəmli dövlət qurumları FETÖ-nun işğalı altındaydı ki, 15 iyul baş verdi. Azərbaycan üçün çox acı, ancaq böyük təcrübədir. Eyni zamanda sizin bu “bilmirdik” arqumentinizə Türkiyə türkləri “hadi ordan” deyirlər. İlk dəfə bizim təşkilatçılığımızla Bakıda Gülən örgütü haqqında konfranslar keçirən və qapısının önündə öldürülən Nəcib Hablemitoğlunun çıxışlarından xəbərsizdiniz? İllərlə Gülən əleyhinə qəzetlərdə, televiziyalarda çıxışlar etmişik. Onlarla konfranslar keçirmişik. Ölkənin bir ovuc aydını ilə həm dövləti, həm insanları bu təhlükəyə qarşı oyadanda, Türkiyədə “Ergenekon”, “Balyoz” olayları baş verəndə bunun Gülənin işi olduğunu biz söyləyəndə, siz Gülən cəbhəsində bizə düşmənçilik edirdiniz.

Heçmi ağlınıza gəlmədi ki, bunu araşdırasınız? Gülənə dünyada, inkişaf etməmiş müsəlman ölkələrində, Sovetlər dağılan kimi Türk dünyasında tələm-tələsik niyə bu qədər imkan tanındığı bir dəfə də olsa sizdə sual doğurmadımı? Ali təhsili olmayan bir molla necə oldu ki, təhsillə bu coğrafiyanı səssiz işğal etdi. Bunların kimliyini Özbəkistan və Rusiya zamanında anladı və məktəbləri bağladı. Onu da xüsusi olaraq vurğulamalıyam ki, Gülənə qarşı olan bizlərin heç birimizin şəxsi ədavəti, qərəzi yoxdur. Onlarla birləşəcək ortaq nöqtəmiz də yoxdur. Şəxsən öz adıma deyirəm ki, Nəcib Hablemitoğlu kimi elm adamı ilə 1999-cu ildə görüşəndən sonra Gülən ilə bağlı təhlükənin necə böyük olduğunu gördüm və ölkəmin bu bəladan qurtarılması üçün mübarizəyə başladım. Hətta bir neçə dəfə ölkənin Milli Təhlükəsizlik Nazirliyinə bu təhlükə ilə bağlı müraciət də etdim. Bu illər ərzindəki bütün fəaliyyətimiz medianın gözü önündə olub. Heçmi özünüzə sual vermədiniz ki, görəsən bunların Gülən ilə problemi nədir?! Bu gün sifarişlə özünə suallar ünvanlandırıb, Gülənin qapısının arasında qalan quyruğunu qurtarmaq üçün o sualları cavablayan gənc Osmana xatırlatmaq istəyirəm ki, 2012-ci ildə Xocalı Soyqırımının 20 illiyi zamanı Taksim meydanında keçirilən mitinq üçün qurulan təşkilat komitəsində sənin və abinin ətrafındakı fətullahçıları görmədiyimizimi düşünürsən? O mitinq zamanı, Sabir Rüstəmxanlının və Azərbaycanın oradakı digər rəhbər şəxslərinin də ciddi etirazına baxmayaraq, Xocalı ilə Hama və Humusun adının eyniləşdirilməsi və bunun afişa kimi qaldırılması təlimatını sənə kim vermişdi? Siz bu hədəfə kimlərlə getdiyinizi çox gözəl bilirdiniz.

Məhz Xocalı adına olduğu üçün Gülənçilərlə eyni tabloda yer almaq istəməyən milliyyətçiləri də biz gətirərək, Azərbaycan üçün önəmli olan bu aksiyanın baş tutmasını təmin etdik. Sizə qalsaydı, orada bir zamanlar “hamımız Hrantıq” deyib, bizim dövlətin pulunu yeyib, timsah gözyaşı axıdanlarla işi yola verəcəkdiniz…

IMG-20160923-WA0011Azərbaycanın bir çox millət vəkilinin FETÖ-nun dəstəyi ilə seçildiyini, bir çox dövlət məqamlarına onların müridlərinin təyin olunduğunu hamınız bilirsiniz. Bəlkə Hakan Şükür, Hidayət Karaca, Ənvər Özərən, Mustafa Saatçı ilə bütün konfranslarda, sünnət mərasimlərində boy-boy şəkillər çəkdirən Aqil Ələsgər idi, bizim xəbərimiz yoxdur? İndi bunların hamısına anlayışla qarşılaya bilərik. Ola bilər, insanlıq halıdır, zamanın nəbzinə uyğun hərəkət etmisiniz, ən azından bir az mərd olun, illərlə bərabər yürüdüyünüz bu adamlara görə, millətdən üzr istəyin. R.T. Ərdoğan belə əfv dilədi, “məsum insanlarin günahına girdik” dedi. Bəli, “Ergenekon”da günahımıza girilmişdi, amma biz, doğru bildiklərimizi müdafiə etdik, çünki o insanlar xain deyildilər, Gülənə qarşı olmaları, Türkiyəni və Türk dünyasını çox sevmələri, 2008-ci ili Qarabağ ili elan etmələri, “erməni açlımı”nın əlehində olmaları idi əsl günahları.

Amerikanın Orta Şərqi qan gölunə çevirmək istədiyini, məsum insanların qanının töküləcəyi bir proje hazırlığı içində olduğunu bu insanlar görürdülər və buna qarşı dirənirdilər. Onların bu dirənişi Ergenekon və Balyoz əməliyatları ilə qırıldı. Heç bir suçları olmadığı halda illərlə həbsdə yatdılar, biz Türkiyə vətəndaşı olsaydıq, eyni tale bizi də gözləyirdi. Bunlar hamısı sizin və bizim gözlərimiz önündə baş verirdi. Baş verən hadisələrin gerçək üzünü görməyə bilirsiniz, bu da anlaşılır. Ançaq anlaya bilmədiyimiz bir məsələ var. Anadolu türkləri demişkən, həyasız oğru ev sahibini üstələyir. Bunların özlərini təmizə çıxarma arqumentləri insanı çilədən çıxarır.

Kim Gülən təhlükəsini gündəmə gətirirsə, Azərbaycan dövlətinin mənafeyi üçün bu şəbəkənin üzvlərini ifşa edir və ictimailəşdirirsə, həmin şəxsi ya Türkiyə xüsusi xidmət orqanlarına işləməkdə ittiham edirlər, ya da Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməkdə…

Yanıldıqları bir nöqtə var. Türkiyə-Azərbaycan münasibətlərinin zərər görməməsi üçün illərdir FETÖ örgütünə qarşı savaşırıq. Bilmələrini istərdik ki, dövlətlər olmasa, bu münasibətlər də olmaz. 15 iyulda FETÖ Türkiyə Cümhuriyyəti Dövlətini ortadan qaldırırdı. Biz eyni vəziyyətin Azərbaycanda baş verməməsi üçün mübarizə aparırıq. 15 iyulun Azərbaycanda baş verməyəcəyinin təminatını bizə gənc Osman, Gülənin ana-oğul imamları və onların pərdəarxasındakı güclü himayədarlarımı verəcək? Əgər böyük dövlətçilik ənənəsi olan Türkiyə dövlətinin Baş Qərargah rəisinin canını əmanət etdiyi şəxslər, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanının yavəri FETÖ-cu çıxırsa, Azərbaycandakı durumu siz düşünün.

Allah dövlətimizi və prezidentimizi qorusun. Allahdan bu ölkədə başda Prezidentimiz və Xanımı, akademik Ramiz Mehdiyev olmaqla, dövlətin önəmli məqamlarında oturmuş məmurlar və digər güc strukturlarının rəhbərləri, başda FETÖ də daxil olmaqla ölkəmizə din pərdəsi altında idxal edilmək istənilən terror mahiyyətli cərəyanlara qarşı hər zaman ölkənin təhlükəsizliyini təmin etmək üçün ciddi duruş sərgiləyiblər.

Əlbəttə, ölkəmizdə Gülən Örgütünə -FETÖ-yə qarşı mübarizə aparılır. Bizim dediyimiz odur ki, dünənə qədər onların ideoloqları olan, onların Azərbaycanda önünü açan insanlar heç bir şey olmamış kimi sanki, ömürlərini Gülən ilə mübarizəyə həsr etmiş kimi ictimai rəydə saxtakarlıq etməkdədirlər. Bizim qorxumuz, bu saxtakarların bir zaman sonra ipləri Amerikanın əlində olan FETÖ və başqanı Gülən qarşısında götürdükləri öhdəliklərin boyutudur.

Əgər sabah Azərbaycan Qarabağ uğrunda Ermənistanla savaşa girsə və Gülən savaşma əmri versə, bunlar onun əmrini dinləyəcəklər. Bəlkə bu yazımı oxuyan bir çoxları bizə güləcəklər ki, bunlar şişirdirlər, inanın ki, heç bir şey görunduyu kimi deyil. Bunların nələr edə biləcəyini bilməniz üçün, bunlarla ilğili onlarla faktlara söykənərək yazılmış kitablar vardır, araşdırın. Yox əgər bunu etmək istəmirsinizsə Türkiyəmizin yaşadığı fəlakəti unutmayın.

2008-ci ildə bizi “Ergenekon”çu elan edib, Azərbaycan davasını Türkiyədə aparan insanları həbs edəndə, biz mövqeyimizi açıq şəkildə ortaya qoyduq. Mətbuat konfransı keçirib, həbs olunan bəzi dostlarımızla Türkiyədə Qarabağ davasını apardığımızı və onların fəaliyyətinin Gülənin erməni açılımına qarşı olduğunu bildirdik. Məhz bizim sözlərimizdən qısa müddət sonra Türkiyədə “erməni açılımı” prossesi başladı.

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gələndə millət vəkili Azay Quliyev, QHT Forumunun prezidenti Rauf Zeyni ilə mən Türkiyənin bütün siyasi liderləri ilə görüşdük. O görüşlərdən sonra Qarabağ Türkiyənin gündəmində oldu. Aylarla Türkiyədəki fətullahçı media əleyhimizə yazılar yazdı. Məsələn, “Bu gün”ün fətullahçı yazarı Nuh Gönültaş Türkiyədən qaçan prokuror Zəkəriyyə Özün yazdığı iddianaməyə istinad edərək, bizim haqqımızda “Qarabağ bəhanə, ETÖ şahanə” deyə, köşə yazısı yazmışdı. ETÖ dediyi də, xəyali Ergenekon Terror Təşkilatı idi…

O zaman hörmətli Azay Quliyevə Gülən dəstəsinin təhlükəsini detalları ilə anlatmışdım və Azərbaycana gətirəcəyi fəlakəti söyləmişdim. O, zaman Azay müəllim də bundan rahatsız olub, müvafiq qurumlara onun da bu barədə söyləcəyini bildirmişdi. Yəni, bunların təhlükəli olduğu həm media, həm hökumətlə bu barədə danışılmışdı. Azərbaycan müstəqil dövlətdir. Əlbəttə nə edəcəyini də yaxşı bilir. Bu dövlətin kəşfiyyat orqanlarında da təcrübəli mütəxəsislər çalışır, kimin kim olduğunu araşqırmaq o qədər də çətin deyil onlar üçün və yəqin ki, araşdıracaqlar.

Bizim borcumuz isə bir vətandaş olarak hiss ettiyimiz və dövlətimizin təhlükəsizliyini təhdid edən bütün ünsürlərı gündəmə daşımaq və dövlətin önəmli məqamlarını bu şəkildə məlumatlandırmaqdır. Vətən sevgisi İmandandır və bütün səxsi mənfəətlərin üstündədir, bizlər olmasaq da olar, önəmli olan dövlətimiz zaval görməsin, Vətənimiz var olsun, Allah millətimizi daxili və xarici düşmənlərdən, sapı özümüzdən olan baltalardan qorusun…

Cəmiyyət, Manşet, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti