www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyədə 15 iyul çevriliş cəhdində iştirak ittihamı ilə həbs olunmuş hərbçilərin həbsxanada xanımları ilə danışıqları yayılıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 15 iyul çevrilişinə cəhd ittihamı ilə həbs olunan general-mayor Hakan Evrimin xanımı İknur Evrimin əri ilə danışığında FETÖ terror şəbəkəsinin əsas fiqurlarından biri olan “Zaman Amerika” qəzetinin yazarı Abdullah Aymazı “Komandan” adlandırır.

Terrorçubaşı Fətullah Gülənin “sağ əli” sayılan Abdullah Aymaz ötən ay həbsxanada FETÖ-çuların baharın gəlişi ilə azadlığa çıxacaqları iddia olunan “Bahar: Cəhətsiz quş səsləri” adlı yazısında cinayətlərini etiraf edən gülənçilərin zərər görəcəklərini bildirmişdi.

General-mayor Hakan Evrimin xanımı İknur Evrimlə 2017-ci il martın 23-də baş tutan söhbətinin diqqətçəkən hissəsini təqdim edirik:

“Hakan Evrim: Bu andan etibarən, proses başlayır. Tamam? İknurum. Qarşıdakı müddətdə belə bir şey olacaq yəni… Hər şey. Proses başlayır.

Xanımı: Bilirəm. Hə. Hakan, biz Almaniyada olanda orada komandan Abdullah vardı. Tanıyırsanmı? Bizdən bir saatlıq məsafədə yaşayırdı.

H.E. Hə.

Xanımı: Biz onlara gedəndə bir nəfərlə bunu etmişdik….yemək yemişdik.

H.E: Tamam.

Xanımı: Onun yazısında “ağaclar çiçək açanda…” Mən oxudum o yazını (Abdullah Aymazın yazısını nəzərdə tutur)

H.E: Həə. Yəni belə? O qədər!

Xanımı: O qədər!”

Söhbətin davamında xanımı generala tez-tez salavat çevirməsini, dualar etməsini, Quran ayələrini təkrarlamasını istəyir, “xeyirli yuxular” görməsindən danışır. Maraqlıdır ki, general xanımından “kərə yağında bişirilmiş qayğanaq” da istəyir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."