Yazı İçi 468×60

15820069_10210194332327517_45425207_nTürkiyənin bir sıra telekanallarında nümayiş etdirilən bəzi serialların süjetləri ətrafında yaranmış mübahisələr səngimir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsdi xatırladan serial səhnələrinin ortaya çıxması ilə “FETÖ-çu ssenaristlər” qalmaqalı başlayıb. Xüsusilə, “Samanyolu”da bir neçə il öncə yayımlanan serialda və TRT-də nümayiş olunan “Sevda Kuşun Kanadında” serialında analoji süjetin yayımlanmasından sonra bu mövzu medianın gündəmini zəbt edib.

Müzakirələr zamanı məlum olub ki, TRT-də nümayiş etdirilən həmin serialın ssenari müəllifi Oktay Berberin bir neçə il əvvələ qədər FETÖ-yə bağlı Samanyolu TV-də (STV) seriallar üçün ssenarilər yazdığı bəlli olub.

Bu mövzuda müzakirələrə qoşulan tanınnmış yazar Salih Tuna hazırda yayımlanan “Vətənim sənsən” və ‘İçerde’ seriallarının ssenari müəlliflərinin də FETÖ-çü olduğunu deyib. Onun sözlərinə görə, FETÖ-nun ruporu olmuş STV-dəki serial və filmlərin ssenari müəllifləri hələ də iş başındadırlar:

“İstehsalçı şirkətlər ssenari məsələsində diqqətli olmalıdırlar. FETÖ-çu ssenari müəllifləri var”. Vaxtilə STV-də nümayiş etdirilmiş “Kollama” serialının ssenari müəllifi Ertan Kurtulan hazırda nümayiş olunan “İçeride” serialının, FETÖ-nun Türkiyədən kənardakı məktəblərini təbliğ edən “Salam” serialının,ssenari müəllifi Necati Şahin isə nümayişi davam etdirilən “Vətənim sənsən” serialının ssenari müəllifidir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."