!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-çu zabitin çevriliş anonsu: leytenant “15 iyul”u kimdən öyrənmişdi?

!Reklam – Yazi

Ankara Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı “Akıncı bazası” ittihamnaməsində 15 iyul çevriliş cəhdi ilə bağlı yer alan yeni detallar açıqlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 143-cü aviabriqadada xidmət keçmiş leytenant rütbəsində olan şübhəli şəxs Suat Fatih Karadağın telefonundakı rəsmlər bölümündə “iddaakrali@kraliddaaci40” adlı “Twitter” istifadəçisi tərəfindən “mustafaselanik3” adlı profilə 2016-cı il iyunun 19-u saat 01-10-da göndərilən “2016-cı il iyulun 15-də cümə günü Türkiyədə hərbi çevriliş olacaq. Məlumatım dəqiqdir” yazısı aşkar edilib.

İttihamnamədə Akıncı bazasının komandanı Hakan Evrimin FETÖ-nun media ruporlarından olan “Günışığı” nəşrinə abunəlik üçün topladığı vəsaiti EFT sistemi vasitəsi ilə Seyit Ahmet Şahinə göndərdiyi qeyd olunub. Evrimin kabinetindən Sultan Əbdüləzizin taxtdan endirilməsindən bəhs edən “Bir çevrilişin anatomiyası” kitabı da tapılıb.
İttihamnamədə Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahında Hava və Kosmik Qüvvələr Araşdırma Mərkəzinin komandanı polkovnik Yücel Topçunun ilginc ifadəsinə də yer verilib. Topçu verdiyi ifadədə Murat Çınar adlı polkovnikin ona zəng vuraraq, “Qardaş, xidmətə çıxacam, artıq paqonun varmı?”, deyə soruşduğunu bildirib. “Yarım saat, 45 dəqiqədən sonra verə biləcəyini” söylədikdə “O zaman lazım deyil” cavabını alıb. Toçu qeyd edib ki, bu söhbətdən sonra evə gedib və çevrilişlə bağlı baş verənləri televizordan izləyib.

Yeniçağ.Az

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv