!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“FETÖ-çular üçün Pensilvaniya Məkkədən üstündür” – Alimdən maraqlı ifadə

!Reklam – Yazi

FETÖ terror şəbəkəsi ilə bağlı müxtəlif epizodlar üzrə keçirilən məhkəmə proseslərində maraqlı detallar açılır.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Boluda təşkil olunan məhkəmədə FETÖ-nun universitetlərdə təşkilatlanmasına dair dindirilən müttəhim Mehmet Fatih Özlü şəbəkə daxilində Pensilvaniyanı Məkkədən üstün tutanların olduğunu deyib.

Təşkilatla ilk əlaqəsinin 2003-cü ildə keçirilən tibb mütəxəssislərinin imtahanı zamanı yarandığını və münasibətlərinin 2014-cü ilə qədər davam etdiyini vurğulayan Özlü bunları deyib:

“Elmi fəaliyyətimlə əlaqədar olaraq, müxtəlif vaxtlarda ABŞ-a üç dəfə səfər etdim. 2014-cü ildə – ABŞ-a ikinci səfərim vaxtı Mehmet Yazıcının təkidi ilə Pensilvaniyaya getdim.

Orada Fətullah Gülənin çıxış etdiyi və çox sayda iştirakçının olduğu bir toplantıya qatıldım. Orada Atatürkə və hökumətə qarşı ağır ittihamlar səsləndirildiyini görüb, təşkilatdan uzaqlaşmağa qərar verdim.

Boluya qayıtdıqda Mehmet Yazıcıya dedim ki, mən müsəlmanla müsəlmanın davasında tərəf olmaq istəmirəm, əlaqəmi kəsirəm və bir daha Pensilvaniyaya getməyəcəm. Onda Yazıcı mənə bildirdi ki, elə isə Həccə də getmə. Elə danışdı ki, sanki Məkkə ilə Pensilvaniyanın əhəmiyyəti eynidir”.

Yeniçağ.Az

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv