!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“FETÖ-çuların təhdidi Yenicag.az-ı öz yolundan döndərə bilmədi” – Toğrul Allahverdili

!Reklam – Yazi

Azərbaycan-Türkiyə evinin icraçı direktoru Toğrul Allahverdili Yenicag.az-ı 10 illik yubileyi münasibətilə təbrik edib.

Toğrul Allahverdilinin Yenicag.az-a göndərdiyi təbrikdə saytın 10 illik fəaliyyətində prinsipial dövlətçilik mövqeyində dayandığı xüsusi qeyd olunub:

“Bu gün mənə ən əziz KİV- lərdən biri, hətta deyərdim ki, birincisi olan Yenicag.az-ın 10 ili tamam olur. Bu münasibətlə saytın təsisçisi və baş redaktoru, əziz qardaşım Aqil Ələsgər başda olmaqla bütün kollektivi təbrik edirəm.

Yenicag.az mənim üçün doğrudan da dəqiq və cəsarətli xəbərin ünvanıdır. Azərbaycanın əksər KİV-ləri terror şəbəkəsi FETÖ haqqında yazmağa qorxarkən, bəli, qorxarkən, məhz Agil Ələsgər və onun rəhbəri olduğu Yenicag.az Gülənin Türkiyədə və Azərbaycanda həyata keçirtdiyi pozuculuq fəaliyyətini cəsarətlə ifşa edirdi.

Hətta buna görə Aqil Ələsgəri ölümlə təhdid ediblər; o, irihəcmli cərimə tələb olunan məhkəmə iddiaları ilə hədələnib.

Ancaq Aqil Ələsgər Vətənə, Millətə və Dövlətçiliyə sadiqliyini öz ardıcıl və əməli fəaliyyəti ilə təsdiqləyib. Onun bu fədakar fəaliyyəti cənab Prezidentimiz tərəfindən də qiymətləndirilib.

Yenicag.az-ın fəaliyyətindən danışarkən, bu saytın Azərbaycan-Türkiyə münasibətlərinin daha da güclənməsinə verdiyi töhfəni qeyd etməmək olmaz.

Bütün bunları qısaca vurğulayaraq, Aqil Ələsgərə və Yenicag.az-a gələcək fəaliyyətində uğurlar arzulayır, Azərbaycanın media məkanında daha da möhkəmlənməsinin arzulayıram”.

www.yenicag.az

2040
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv