!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-dan “Photoshop” təxribatı

!Reklam – Yazi

fotosopFETÖ terror şəbəkəsinə bağlı olan ZamanArabic.com internet resursu “Daily Sabah”-ın ərəb versiyasında heç vaxt yayımlanmayan bir “xəbər”ə “əl gəzdirərək” xüsusi loqo ilə paylaşıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bağlanan “Zaman” qəzetinin Misirdə ərəb dilində yayımını davam etdirən ZamanArabic.com nəşri bu dəfə Türkiyə-Qətər münasibətlərini hədəfə alıb. Məlumata görə, ZamanArabic.com Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirmiş Mert Altıntaşın 15 iyul çevriliş cəhdindən sonra 5 dəfə Qətərə gedib-gəldiyini iddia edib. ZamanArabic.com oxucunu bu dezinformasiyaya inandırmaq üçün növbəti saxtakarlığa əl ataraq, həmin məlumatın bir gün sonra “Daily Sabah”dan “silindiyini” yazıb. Lakin ZamanArabic.com-un “Photoshop” proqramı əsasında düzəldiyi bu saxtakarlıq qısa müddətdə ifşa edilib. “Daily Sabah”da iddia olunan məzmunda hər hansı bir xəbərin yayımlanmadığı bildirib.

Göründüyü kimi, FETÖ Türkiyəyə qarşı mübarizə taktikasında “yeni vasitə”yə əl atmaqdadır. Əvvəl terror şəbəkəsinin hədəfində Türkiyə və onun hakimiyyəti idisə, artıq “əks tərəf” qismində dairənin böyüdüyünü görürük. Və ilk olaraq, Qətərin seçilməsi də təsadüfi deyil. Məlumdur ki, Qətər hazırda ərəb dünyasında Türkiyənin əsas müttəfiqidir və Ankara ilə Doha arasında strateji yaxınlıq ən yüksək səviyyədədir. Ona görə də, FETÖ-nun belə bir təxribata əl ataraq, Rusiya səfirinin qətli işində Qətərin adını hallandırması şəbəkənin məqsədini üzə çıxarır. Bu baxımdan, FETÖ-nun yeni “Photoshop” təxribatlarına əl atacağı istisna edilmir.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv