!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ əməliyyatında 23 nəfər həbs edildi: Aralarında polis rəisi də var

!Reklam – Yazi

İzmirdə FETÖ terror təşkilatına bağlı olduqları bildirilən və “ByLock” ünsiyyət proqramından istifadə edən polislərə qarşı əməliyyat keçirilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində aralarında polis rəisləri və komissarları olan 23 nəfər həbs olunub.

Məlumata görə, İzmir Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində Terrorla Mübarizə Şöbəsinin əməkdaşları FETÖ-ya bağlı olduqları bildirilən polislərə qarşı bu gün səhər saatlarında eyni vaxtda əməliyyat keçiriblər.

Əməliyyat nəticəsində 23 nəfər həbs edilib. Onların arasında 1 polis rəisi, çox sayda komissar, komissar müavini və polis əməkdaşları var.

Yeniçağ.Az

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv