!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“FETÖ gəlini” Elif Şafakın gizlinləri

!Reklam – Yazi

Terror şəbəkəsi FETÖ-nun “canlı rupor”larından biri olan, hər addımda Türkiyəni hədəfə götürən yazıçı-publisist Elif Şafakın BBC-də çıxış edərək, niyə “xeyr” dediyini mənəvi qaynatası kimi gözyaşları ilə izah edib. Gülənin “prens”i Eyyub Canın həyat yoldaşı olan Elif Şafak uzun müddətdən bəri xaricdədir və Türkiyə əleyhinə təbliğat aparır.

Heç şübhəsiz, Elif Şafak ilə bağlı tanınmış yazar Nihat Gencin yazısı bu şəxsi tanımaq baxımından çox aktualdır.

N.Genc Elif Şafakın 15 iyul çevriliş cəhdinə qədər olan antidövlət fəaliyyətinə işıq salıb.

Yeniçağ.Az xəbər verir ki, Nihat Genç FETÖ-nun 15 iyul çevriliş cəhdindən təqribən 10 gün əvvəl dərc etdirdiyi məqaləsində Elif Şafakı Vətənə xəyanətdə günahlandırıb.

Nihat Genç kifayət qədər iri həcmli məqaləsinin girişində əlaqəli olduğu və imkanlarından faydalandığı bütün çevrələri-insanları yarı yolda buraxan Şafakın hələ də azadlıqda qalmasına təəccübünü gizlətməyib:

“Xəzinəni yazıçılığa başladığı ilk gündə və ilk səhifədə tapan, Camaatın yüz minlərlə müridi xidmətinə verilən, imzalar, tvitlər, satınalmalar, təriflər, təltiflər, telekanallar gəlsin, qəzetlər getsin, Aydın Doğanın qəzetləri, ekranları sənin çarşafın olsun, bacım.

Ah, Londondakı sürgün həyatı, “Guardian”da çıxan yazıları hər dəfə fərqli insanların yarasına məlhəm olur. O, bir insan haqları müdafiəçisidir, bir ayağı Adadakı villasında, digər ayağı Londonda… Bu, bəşər övladının çəkə biləcəyi əziyyət deyil.

Mövlana ölümündən 700 il sonra – Elif Şafak yazana qədər Mövlana deyildi. Çox əzab çəkir, yaşadığı villanın dadını çıxara bilmir, qaçan qaçdı, ay millət, xanım əfəndi ortada qalıb, kimlərsə o zavallıya əl uzatsın, iki cütlüyün adını yazın, kefi yerinə gəlsin”.

Müəllif daha sonra diqqəti Şafakın Londonda dərc etdirdiyi növbəti romanın təxribatçı süjetinə yönəldib:
“Yenə lütf edərək roman yazıb, bir ailənin biri Kamalist, digəri isə dinçi olan iki oğlu varmış… Eh, necə dramatik toqquşma, eh, necə fövqəladə mövzu… Fatih-Hərbiyədən bu yana bu həzin yaraya kimsə əl atmamışdı, bravo, bacım… Eh, o çətinliklə çəkilmiş dondurulmuş döyüş səhnələri, Həzrət Əli belə o döyüşləri oxuduqda “Biz nəyik ki” deyə heyfslənən Züğürt Ağaya döndüm”.

Nihat Genç yazısının davamında Şafakın Türkiyə üçün aktual olan məsələləri öz romanlarının mövzusuna çevirməməsinin səbəbini soruşub:

“Məncə, roman üçün aktual mövzular çoxdur. Məsələn, Hrant cinayətindən, polis rəisi Behçet Oktayın öldürülməsindən, Hablemitoğlu cinayətindən yaza bilər. Cinayət çox, mövzu çox… Eh, Elif Şafak xanım, o cinayətlərdən xəbərsiz ola bilməzsiniz…. Həmin cinayətləri kimlərin törətdiyi hələ bilinmir… Sizə bir zəhmət, çevik ağlınızı işə salıb, qıvraq qələminizlə o cinayətlərin üstünü açmağa girişin. “Erməni soyqırımı” söyləməkdən taqətdən düşəcəksiniz, Hrantın qətli də soyqırım deyilmi? Ancaq bunları yaza bilərmi? Yaza bilməz. Yenə ekranlara çıxıb, 15 il əvvəlin dəbi əsasında danışır… Eh, Elif xanım, siz Londonda olarkən bu söhbətlərin dəbi çoxdan köhnəlib.
Hələ heç bir şey olmamış kimi antidemokratiklikdən danışırlar, ancaq son 8 il olmasaydı, gənclər bu bərbəzəkli sözlərə yenə aldana bilərdilər. Lakin 15 il əvvəlki eyni sözlərin hər romanda təkrar-təkrar işlənməsi artıq şəxsiyyət pozğunluğunun göstəricisidir. Bu pozulma onun danışığının hər cümləsində fosfor kimi parıldayır. Yaxud da sevimli ərinizin Camaatın 100 minlərlə agenti ilə qaynayıb-qarışaraq, Amerikaya işlədiyi sənədlərlə təsdiqlənib. Yaxşı, roman mövzusu etmədiniz, bu barədə adamın ağzından bir cümlə çıxmazmı?

Agent prokurorlar, casus hakimlər və vətən xaini olan jurnalistlərlə 10 illər ərzində deyə-gülə məşhurluq romanı “oynamısız”, Camaatla eyni düşüncənin içindən yazmısız, Fəthullah Gülənə dostluq məktubları, məqalələr yazmısız. Hələ də “insan haqları” deyib sızlayırsız. Bəs 100 minlərlə səhifədən ibarət ittihamnamələrdəki antidemokratik pozuntuların səbəbi kimlərdir?

Qondarma ittihamlar və əməliyyatlar dövrünün əkizləri olan orhan pamuklar, elif şafaklar, tarixin görmədiyi bu casusluq və qəddarlıq barəsində bir cümlə belə demədiz-yazmadız. Camaatla və gestapoçu liberallarla 10 illər boyunca eyni dildə danışdız… Bu, necə genetik oxşarlıqdır? Hər məşhur olan eyni dildən istifadə etmir”.

Müəllif məqaləsinin sonunda Şafaka bəzi tövsiyələr verir və ondan aktual əsərlər gözlədiyini bildirir:

“Elif xanım, mümkün qədər rüsvay oldunuz, adınız qalmaqallarda hallandı. Bu bataqlıqdan yalnız cəsur həmlə ilə çıxa bilərsiniz. Gəlin sizə möhtəşəm bir roman mövzusu verim, “Guardian” da bunu bəyənəcək.

Bu süjet “Ergenekon işi”ndə var. Mövzu Camaata məxsus dərnəklərdə bir-birilərindən istifadə etdiklərindən bəhs olunur, Camaat tərəfindən “buna alışdırılması”ndan danışılır. Üstəlik, bu “alışqanlığı” əks etdirən kasetlərin də olduğu deyilir. Əla mövzu deyilmi? Məncə, Engin Ardıçı da bu işə qoşun və ər-arvad mövzunu birlikdə düşünün.
Ölkəmiz və bəşəriyyət sülhün, aydınlığın gücləndiriləcəyi bənzərsiz kitablarınızı gözləyir”.

Yeniçağ.Az

www.yenicag.az

849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv