FETÖ ilə gizli xristian təriqəti arasındakı inanılmaz bənzərliklər – Fotolar

Müəllif: Redaktor

Editor
popeYeniçağ.Az FETÖ terror qruplaşmasının gizli əlaqələrini araşdırmaqda davam edir.
1998-ci ildə Vatikanı ziyarət edən FETÖ lideri Fəthullah Gülən orada Papa tərəfindən qarşılanmışdı. Papanın əlini öpdükdən sonra onun “xeyir-duasını” alan Gülən qeyri-rəsmi olaraq, katolik taxt-tacının “müsəlman dünyasındakı gözü”nə çevrildi. Bildiyimiz kimi, FETÖ bir təriqət olaraq qurulmuşdu. Dünyada bu tip təşkilatlanmaya malik olan dini-siyasi təriqət yalnız FETÖ deyil. Xristian dünyasında FETÖ-dən bir az əvvəl siyasi məqsədlər üçün yaradılmış daha iki xristian təriqəti mövcuddur. Bunlar “Moon” və “Opus Dei” təriqətləridir.
od1
“Opus Dei”nin tam adı latınca “Sociedad de la Santa Cruz de Opus Dei”dir. Kəlimənin tərcüməsi “Tanrının işi, varlığı və məhsulu” anlamına gəlir. Təriqət 1928-ci ildə İspaniyada keşiş Hose Maria Eskrivta tərəfindən qurulub və 1950-ci ildə Roma katolik kilsəsi tərəfindən təsdiqlənib və fəaliyyəti leqallaşdırılıb.
od3
“Opus Dei” təriqəti qısa müddətdə yayılaraq ətrafına minlərlə insan toplayıb və vətəndaş müharibəsi zamanı Frankonun ən böyük dəstəkçisinə çevrilib. Təriqətin varidatı milyardlarla ölçülür.
od8
Hazırda “Opus Dei” təriqətinin bütün dünyanın hər yerində 100 mindən çox sadiq müridi var. Təriqət eynən FETÖ kimi özəl məktəblər şəbəkəsinə malikdir. Dünyanın bir çox ölkəsində liseyləri, kollecləri, universitetləri və media holdinqləri mövcuddur.
od9
Başda kral ailəsi olmaqla İspaniyanın siyasi və biznes elitasının uşaqları onların məktəblərində oxuyur və mütəmadi olaraq təriqətin kilsələrində ayinləri dinləyirlər. “Opus Dei” təriqətinin daxilində “təkiyyə” deyilən gizlilik kodeksi mövcuddur. “Opus Dei” üzvləri bu təriqətə mənsub olduqlarını gizlətmək üçün üzdə onun qanunlarının ziddinə hərəkət edə bilərlər. “Opus Dei”nin qurucusu Hose Mariya Eskrivta öldükdən sonra onun yerini Alvaro Del Portillo tutub.
od4
Təriqətin əleyhdarları isə “Opus Dei”ni “Müqəddəs mafiya” adlandırırlar. Təriqət bütün dünyadakı kilsələri və ibadətxanalarına kardinalları mərkəzdən təyin edir və bir çox ölkələrin siyasi elitası daxilində güclü nümayəndələri var və onların vasitəsi ilə həmin ölkələrin siyasətinə təsir edə bilirlər. Bundan başqa bir çox beynəlxalq təşkilat və transmilli korporasiyanın idarə heyətlərində də “Opus Dei”nin üzvləri var.
od10
“Opus Dei” təriqəti fəaliyyəti və strukturu ilə FETÖ-yə çox bənzəyir. Hər iki təriqətin gücləndiyi ərəfə “soyuq müharibə” illərinə təsadüf edir. Və hər ikisinin də təməl prinsipi “kommunizmlə mübarizə” olub. Türkiyədə həmin illərdə qurulan “Kommunizmlə mübarizə” dərnəklərinin aparıcı şəxsləri və təbliğatçıları FETÖ-nün kadrları olub və ABŞ yönümlü təbliğat aparmışlar. Bu dərnəklər isə MKİ və FTB kimi ABŞ təhlükəsizlik orqanlarının nəzarətində olublar.
FETÖ lideri Gülən də eynən “Opus Dei” lideri Hose Mariya Eskrivta kimi sıravi bir rahib ikən birdən-birə “müqəddəs” elan edilib, yüksəlməyə və məşhurlaşmağa başladı. Həm iqtisadi, həm də siyasi cəhətdən güclənərək medianı ələ keçirdi, televiziya kanalları yaratdı, qəzetlər buraxdı, dünyanın hər yerində “türk məktəbləri” açdı. FETÖ lideri 1998-ci ildə Vatikana gedərək Papa ilə görüşmüş, görüşmədən sonra “ideal müsəlman” elan edilmiş və daha sonra ABŞ-a səfər edərək, orada bir sıra gizli görüşlər keçirmişdi. Onun baş köməkçisi Ələddin Kayanın Papanın əlini öpərkən çəkilmiş fotosu isə uzun müddət medianın manşetindən düşmədi. Bütün bunları analiz etdikdən sonra FETÖ terror qruplaşmasına müsəlman dünyasının “Opus Die”si demək mümkündür.
Yeniçağ.Az
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır