!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“FETÖ işi”ndə şok gəlişmə: Gülənin futbol transferləri və ermənilərə ötürülmüş pullar – Nakış kimdir?

!Reklam – Yazi

b_550_325_16777215_00_images_xeber_sekilleri_6oktyabr2016_298 (1)Türkiyədə terror təşkilatı lideri Fətullah Gülənlə bağlı aparılan cinayət işində Erməni diasporası və FETÖ arasında əlaqələr ortaya çıxıb.

Missiya.az Türkiyə mətbuatın istinadla xəbər verir ki, “FETÖ işi” ilə əlaqədar ifadə verən “Arif” kod adlı gizli şahid sensasiya yaradacaq açıqlamalar verib.

Gizli şahid ermənilər və Fətullah Gülənin futbol sahəsində əməkdaşlığından danışıb.

Terror təşkilatında əvvəllər yüksək vəzifələr tutan “Arif” istindaqçılara deyib ki, FETÖ futbol və transfer işindən əldə etdiyi pulu erməni lobbisinin çox güclü olduğu Argentina və Uruqvayda yerləşən erməni diasporlarına göndərib.

Maliyyə vəsaiti erməni diasporuna və FETÖ-yə Argentinada yaşayan türk iş adamı Noray Nakış vasitəsi ilə aparılıb. O, Nakışın mason liderlərinin toplantılarında iştirak edən nüfuzlu şəxslərdən olduğunu xüsusilə qeyd edib.

xxxxxxxxxxxxxxxxxxxxxxxxx.JPG
Noray Nakış – Türk iş adamı

“Arif” deyib ki, bu şəkildə həyata keçirilən transferlər arasında Bursasporda oynayan agentinalı Pablo Batallanın adını çəkmək olar.

Gizli şahid Bursasporun keçmiş texniki drektoru Ərtoğrul Sağlamla FETÖ lideri Fətullah Gülən arasında görüşün keçirildiyini də deyib.
vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv.JPG
Pablo Batalla – Argentinalı fudbolçu

Gizli şahid Erməni diasporu və FETÖ əlaqələrinin hakim Ədalət və İnkişaf Partiyasını və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf aldığını deyib. Türkiyə əleyhinə təbliğatı ermənilərlə bərabər Arentina futbolunda nüfuzlu səxslərdən hesab edilən Noray Nakış həyata keçirib.

Qeyd edək ki, 15 iyul tarixində Fətullah Gülənin liderlik etdiyi FETÖ terror təşkilatı Türkiyədə dövlət çevrilişinə cəhd edib. Amma türk xalqının və prezident Rəcəb Tayyib Ərdoğanın birliyi nəticəsində cəhd uğursuzluqla nəticələnib. Erməni diasporu və FETÖ arasında əməkdaşlıq isə Ermənistanın da Türkiyədə baş verən hadisələrdə əli olduğunu deməyə əsas verir.

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv