FETÖ-nun Azərbaycandakı “nüfuz agentləri”ni necə tanımalıyıq? – Aqil Ələsgər yazır

Müəllif: Redaktor

Editor

15417071_834750023334969_1193402253_n“Nüfuz agentləri”…

Onların missiyasını bilmədən Gülənin “Dialoq Avrasiya Platformu” nu niyə qurduğunu anlamaq olmaz. DAP-ın və “Abant”ın gizli missiyasını anlamaq üçün “nüfuz agentliyi”nin nə olduğunu bilmək lazımdır… Bu gün dövlət içində mövcudluğunu qoruyan FETÖ-nun əsas silahını “Nüfuz agentləri” təşkil edir. Məhz onların sayəsində bu gün FETÖ üzvlərinin bir çoxu toxunulmazdır.

“Nüfuz agentliyi” nədir?

CIA, MOSSAD, MI6, BDN kimi xüsusi xidmət orqanlarının ən çox istifadə etdikləri casus metodlarından biri «Nüfuz agentliyi»-dir.
Bunlar 3 əsas qrupa bölünürlər.

1. Peşəkarlar.

2. Pulla ələ alınması mümkün olan ziyalılar, dövlət məmurları, ictimai rəyə təsir edə biləcək şəxslər.

3. Həvəskarlar.

Birinci qrupa aid olanlar müxtəlif qeyri hökumət təşkilatları xətti ilə xaricdə xüsusi təlim alırlar.
Bunların əksəriyyəti onların məktəblərində sıfırdan yetişmiş şəxslərdir.
İkinci qrupdakılardan isə lazım olan vaxtlarda birinci qrupa daxil olanların vasitəçiliyi ilə istifadə olunur.
Bunların bəzilərinin övladları, yaxınları bu və ya digər şəkildə oraya bağlıdır və ya özləri müxtəlif hədiyyələrlə təslim olublar.
Üçüncü qrupa aid olanlardan isə çox vaxt özlərinin də xəbəri olmadan media və.s vasitələrlə təsir edərək istifadə olunur.

Bu qrupdakıların əksəriyyəti kampaniyaların təsirinə düşüb, aidiyyatı olmadığı halda məsələ ilə bağlı özünü ortaya atanlardır. Məsələn, fətullahçılarla bağlı işdən çıxarılmalar başlayarkən, buna etiraz edən və “mən də nurçuyam” deyənlərin əksəriyyəti həvəskarlar idi.

“Nüfuz agentləri”

Belə böyük bir şəbəkənin qurulması və istifadə olunması üçün şübhəsiz böyük vaxt və vəsait tələb olunur. Üstəlik, belə nəhəng bir şəbəkənin idarə olunması çox çətindir. Amma yüyəni bir şeyxin və ya dini icma liderinin əlində olan minlərlə müridin idarə olunması və istiqamətləndirilməsi qədər asan ikinci bir iş ola bilməz. Fətullahçılar bu işdə əvəzolunmazdırlar. Onları CIA üçün cazibədar edən də məhz bu xüsusiyyətləridir. Belə ki, fətullahçı icmada möhkəm nizam-intizam və iyerarxiya mövcuddur. Hər bir şəhərdə ayrı-ayrılıqda 5-7 müridin qaldığı «işıq evləri» və bu müridlərə başçılıq edən ev imamları mövcuddur. Ev imamları səmt imamlarına bağlıdır. Və səmt imamları da bölgə, şəhər, ölkə və… qitə imamlarına qədər şaxələnir ki, qitə imamları da Fətullah Gülənə tabedir. Əmr və göstərişlər bu iyearxik nizamla aşağılara, ən sıravi müridə, onların sözü ilə desək «şagird»-ə qədər ötürülür. Əmr və göstərişlərin tərəddüdsüz yerinə yetirilməsinin zəmanəti isə insanların saf və səmimi dini hisslərinin uydurma yalanlarla ələ alınmasıdır.

Türkiyədə Fətullah Gülən Şəbəkəsinə qarşı açılmış istintaq materiallarında deyilir: “CİA nəzdində bütün fətullahçılar “walk-in” adlandırılan casus kateqoriyasındandırlar. Yəni özləri könüllü casusluq xidməti təklif ediblər. Amma fətullahçılar sadəcə, ABŞ və CİA ilə kifayətlənməyiblər. Fəaliyyət göstərdikləri ölkələrdə əldə etdikləri mühüm məlumatları başqa maraqlı xarici xüsusi xidmət orqanlarına ötürürlər. İngiltərədə Lord Rotherham tərəfindən “İngiltərəyə Müstəsna Xidmətlərə Görə” mükafatına layiq görülür, “Leaders Club”, “Editorial Office”, “Booruker” kimi QHT-lərlə sıx işbirliyində fəaliyyət göstərirlər. Eyni zamanda Almaniyada, bu ölkənin xarici xüsusi xidmət orqanı olan BND tərəfindən dəstəklənən “Dost Yolu Dərnəyi”, “Y.Burq A.Ş”, “Türk Alman Araşdırmaçılar Birliyi” kimi təşkilatlar da qurmuşdurlar. Fətullahçılar sadəcə, CİA ilə deyil “double agent” olaraq onlara kömək edən hər bir xüsusi xidmət orqanı ilə əməkdaşlıq edirlər. İngiltərədə xarici vətəndaşlarla iş aparan MI5 və xaricdə xüsusi xidmət orqanı MI6-nın uzaq Şərq departamenti CIFE və orta Şərq departamenti MEIC-lə də sıx əməkdaşlıq içində olduqları aşkar edilmişdir”.

Azərbaycan üçün aktual olanlar isə xüsusilə, “Pulla ələ alınması mümkün olan ziyalılar, dövlət məmurları, ictimai rəyə təsir edə biləcək şəxslər” kateqoriyasından olan “nüfuz agentləri”dir. Bu “nüfuz agentləri”ndən olan əksəriyyət “camaat” müxtəlif xarici səfərlər, böyük güzəştlər, bahalı hədiyyələrlə cilovlanır. Təbii ki, bu məsələdə liseylər olduqca strateji mövqeyə sahibdirlər. Çünki yüksək və bahalı təhsil, xaricdəki “Camaat” Olimpiadalarında alınan medallar üzərində qurulan güclü piar ilə gözbağlayan FETÖ bir çox xalq şairləri, xalq artistləri, elm adamları və dövlət məmurlarından bəzən özləri də fərqində olmadan “nüfuz agenti” kimi istifadə ediblər və etməkdədirlər.

Bu gün Gülənin ən böyük qələbəsi həm də ondadır ki, kimsə öz çətiri altında fətullahçının olduğunu qəbul etmək istəmir. Hamı fətullahçıların həm iqtidarda, həm müxalifətdə olduğunu qəbul edir, fəqət kimsə öz yaxınına “toz qondurmaq” istəmir. “O, içəndir”, “O, ateistdir”, “O, dindar deyil” kimi “müdafiə”lər əslində, FETÖ-nün işinə yarayır. Çünki bu terror təşkilatı özünü gizlətmək barəsində professionaldır. Bir çox həqiqi müsəlmanın bunlardan üz döndərməsinin əsas səbəbi də “tədbir” adı verilən özünügizlətmə vasitəsidir.

“Terrorun Gülən üzü” kitabımda yazdığım “Tədbir”in tərifi budur:

Tədbir: Camaata zərər gəlməsin deyə, maneələri və təhlükələri əngəlləyici hər yol. Ağabəylər tərəfdarlara savaş dönəmində yaşadıqlarını tez-tez anladır və camaat üzvlərinə hiylənin mübah olduğunu təlqin edirlər. Yəni, lazım gələrsə, yalan danışmağa da icazə verilir. Evlərdən tək-tək çıxmaq, ətrafdakılar görməsin deyə kitabların üzünü gizlətmək, hətta öz kimliyini belə açıqlamamaq üçün spirtli içki içməyə də icazə verilir.

Bu gün FETÖ haqqında “dövlət əgər deyirsə, elədir”, “bizi dövlət oraya göndərdi” deyənlərin əksəriyyətini araşdırdıqda, işin arxasından “nüfuz agenti” çıxacağı şübhəsizdir… Bəli, Türkiyədən gələnləri qarşılamağa sizi dövlət göndərə bilər, fəqət hər həftə xüsusi söhbət evlərinə siz öz iradənizlə və dövlətdən xəbərsiz getmişdiniz. Getməklə kifayətlənməyib, dost-tanışınızı da ora aparmışdınız. Bu yazını adlar üzərində qurmasaq da, bir məqamı xatırlatmadan keçmək olmaz.

Baxın, hər kəs Elnur Aslanovun Ceyhun Osmanlı tərəfindən FETÖ-yə bulaşdırıldığını zənn edir. Bunu deyənlərin əksəriyyəti Ceyhun Osmanlının lisey məzunu olduğunu nəzərə alır. Ancaq həqiqət budur ki, CO-nu Ənvər Özərən başda olmaqla böyük “imam”larla tanış edən Elnur Aslanov olub. Təkcə CO-numu, xeyr, SAM direktoru Fərhad Məmmədov başda olmaqla, gənclər sektorundakı əksər simaları FETÖ-nun imamları ilə tanış edən ana-bala olub. Ancaq FETÖ-yə “nüfuz agentliyini” edən tək bu ana-bala da olmayıb. Deputatından nazirinə, iş adamından xalq yazıçısına qədər yüzlərlə şəxs (daha çox da maddiyyata görə) FETÖ ilə əməkdaşlıq edib. Birinin tədbirinə sponsor olublar, digərinin kitabına… Bir başqasının övladının təhsil haqqını almayıb, o birinin biznesini işlədiblər.
Əlqərəz, bu gün FETÖ-nu söyənlərin keçmişini araşdırmasaq və ya bilməsək, kimin həqiqətən anti-FETÖ-cu, kimin “kripto” olduğunu bilmək mümkün deyil.

Nə isə…

Aqil ƏLƏSGƏR
Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır