!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nün “Beynəlxalq olimpiadalar” yalanı – Lisey məzunu “İstək”in “medal”larından yazır

!Reklam – Yazi

turkce-olimpiyatlarina-alparslan-kuytul-hocaefendiden-tepki-haram-helal-karisti-h1403273548Biz litseydə oxuduğumuz vaxt litseydə təhsil alan bir millət vəkilinin qardaşı oğlu kimya fənnindən region olimpiadasında “0” (sıfır) bal yığmışdı. Region olimpiadasından bir neçə ay sonra eşitdik ki, qaqaş Avrasiya Kimya Olimpiadasında gümüş medal alıb. Xeyli araşdırdım, amma o olimpiada haqqında internetdə heç nə tapa bilmədim. Amma başqa şeylər tapdım. FETÖ-nün 170 ölkədə məktəbləri olduğunu bilirik. Azərbaycanda hal hazırda İSTƏK Liseyləri adında fəaliyyət göstərən məktəblərin qatıldıqları və xeyli medal gətirdikləri bir neçə “beynəlxalq olimpiada”nın təşkilat komitələrinə elə-belə nəzər saldım. Təbii ki, hamısı deyil ama bu “beynəlxalq olimpiada”ların bir çoxunu FETÖ’nün başqa ölkələrdəki qurumları təşkil edir. Hamısını incələmək imkanım olmasa da İstək Liseylərinin 2016-cı ildə iştirak etdiyi bir neçə olimpiadayla ilgili qısa məlumatı sizə təqdim edirəm:

1. Bu ilin iyun ayında Nyu York ştatının Osveqo şəhərində VI GENIUS Beynəlxalq Layihə Olimpiadasında “Azərtac”ın xəbərinə görə, İstək Liseyləri bir gümüş, iki bürünc medal qazanıb. Olimpiadanın təşkilatçısı FETÖ-nün Nyu York’dakı qurumu “Terra” Elm və Təhsil Fondudur.
http://www.geniusolympiad.org/…/judging/sponsorship/sponsors
Olimpiadada 60 ölkədən 270 nəfərə medal paylanılıb.

2. İyun ayında Ruminiyanın Buxarest şəhərində keçirilən 14-cü “International Computer Project Olympiada-2016” (InfoMatrix) beynəlxalq layihə olimpiadasında İstək Liseyləri 2 qızıl, 3 gümüş və 2 bürünc qazanıb.
Olimpiadanın təşkilatçısı FETÖ-nün Rumuniyadakı qurumu “Lumina” Eğitim Kurumlarıdır.
http://www.infomatrix.ro/organizer
Olimpiadada 48 ölkədən neçə nəfərin iştirak etdiyi tam bəlli olmasa da, toplamda 221 medal paylanılıb.

3. May ayında Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən 33-cü Balkan Riyaziyyat Olimpiadasında İstək Liseyi bir gümüş bir bürünc medal qazanıb. Olimpiadanın saytı “hack”ləndiyinə görə ( http://www.bmo2016.al ) təşkilat komitəsini və sponsorlarını dəqiqləşdirmək mümkün olmadı, amma 19 ölkədən 109 nəfərin iştirak etdiyi olimpiadada 69 nəfər medal ( 12 qızıl, 20 gümüş, 37 bürünc) 10 nəfər də fərqlənmə diplomu alıb.

4. Aprel ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “International Young Inventors Project Olympiad”da İstək Liseyləri 4 gümüş medal qazanıblar.
Olimpiadanın təşkilatçısı FETÖ-nün Gürcüstandakı təhsil qurumu “Caglar Institutions Demirel College”dir.
http://iyipo.ge/en/page/id/13/oraganization
Olimpiadanın saytından hansı ölkələrin iştirak etdiyini aydınlaşdırmaq mümkün olsa da, kimin nə qazandığını tapmaq mümkün olmadı. Gördüyüm qədəriylə 38 ölkənin hamısına medal paylayıblar.

5. Aprel ayında Qazaxıstanda keçirilən “InfoMatrix Asia Pacific” kompyuter layihə olimpiadasında İstək Liseyləri 4 qızıl, 2 gümüş medal qazanıblar.
Olimpiadanın təşkilatçısı FETÖ-nün Qazaxıstandakı universiteti Süleyman Demirel Üniversitesidir.
http://infomatrix.kz/
Olimpiadada 13 ölkəyə təxminən 400 medal paylanıb. Azərbaycana da 6 medal düşüb.

6. 2015-ci ilin dekabr ayında Cənubi Koreyada keçirilən XII Beynəlxalq Elm Olimpiadasında (IJSO 2015) İstək Liseyləri 2 gümüş, 3 bürünc medal qazanıb. Azərbaycanın 6 şagirdlə iştirak etdiyi olimpiadada 42 ölkədən 252 nəfər iştirak edib. 252 şagirddən 168-ı medal qazanıb.

Bu yazdıqlarımdan bir şey başa düşmək istəməyənlər üçün qısa açıqlama da verim. Birinci sıradakı Nyu Yorkda keçirilən Genius Olympiad-a nəzər salaq. 60 ölkədən 270 nəfərə medal paylanılıb. Bu 60 ölkədən iştirak edənlərin hamısı FETÖ-nün məktəblərində oxuyan şagirdlərdir. Bunlar Nyu Yorkda “qazandıqları” medalları aparırlar ölkələrinə və öz ölkələrinin AZTV-lərinə çıxıb qürurla ölkələrini xaricdə necə təmsil etdiklərindən ağız dolusu danışır, təhsil nazirliklərində qəbul edilib hədiyyələr alırlar. Və bu medallar FETÖ məktəblərinin propoqanda vasitəsi olaraq həmin ölkələrdə illərlə istifadə olunur. Təbii ki, heç kim də bu olimpiadaların məqsədinin nə olduğunu araşdırmır.
Azərbaycanda keçirilən respublika fənn olimpiadalarında necə saxtakarlıqlar edildiyinə şəxsən şahid olduğum və daha öncə də yazdığım üçün burada qeyd eləmirəm.

Bizim oxuduğumuz vaxtlarıda da, ondan sonrakı zamanlarda da liseylərin bir çox tələbəsi 50 illik keçmişləri olan bir çox olimpiadada öz fərasətləriylə medallar qazanıblar. Onlar da propoqanda vasitəsi olaraq istifadə edilsə də bunlara heç kimin irad tutmağa haqqı yoxdur.
Hədəfə gedən yolda hər şeyi məşru qəbul edən bir zehniyyətin çox kiçik bir araşdırması idi bu…

Samir BABAOĞLU

www.yenicag.az

1407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv