!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nun “Etiraf lobbisi”: Milyonlarla pul kimlərə paylanılıb?

!Reklam – Yazi

Terror şəbəkəsi FETÖ işi ilə bağlı istintaqa cəlb olunan şübhəlilərin müdafiə nitqlərində eyni mətndən istifadə edilir.

Yenicag.Az xəbər verir ki, bunu “Sabah” qəzetinin müəllifi Dilek Güngör dərc etdirdiyi köşəsində qeyd edib.

Güngörün yazdığına görə, FETÖ-nun daxilində hələ də bir rabitə şəbəkəsi mövcuddur:

“FETÖ-çuların kriptorəhbərləri vasitəsilə dövlətdən məlumatları alıb, saxta “etiraf”lar əsasında azadlığa çıxdıqlarını bilirdiniz? Necə?

Polisdəki FETÖ təmsilçiləri məlumat qeydləri hazırlayaraq prokurora verirlər. Prokuror isə həmin məlumatları həbsdəki FETÖ-çulara çatdırır. Müttəhimlər isə onlara çatdırılan məlumatlardan istifadə edib, etirafçı olurlar. Ardınca isə sərbəst buraxılırlar.

Türkiyənin ən böyük vilayətlərindən biri olan Bursada FETÖ-çuların həbsxanadan çıxması və əməliyyatların dayandırılması üçün böyük bir lobbi fəaliyyətinin həyata keçirildiyi deyilir. Hətta o lobbi işləri üçün 160 milyon lirə məbləğində büdcə də ayrılıb. Siyasətçilərdən tutmuş polislərə qədər, kimə lazımdırsa, pul paylanılıb. Bursada həbs olunmadan istintaqa cəlb edilən FETÖ-çuları diqqətlə araşdırmaq lazımdır.

Dediyim odur ki, bu millətin xain təşəbbüslərə və alver oyunlarına səbri qalmayıb. Həmin oyuna qoşulanlar və ya ona göz yumanlar bunun cəzasını çəkərlər”.

Yeniçağ.Az

www.yenicag.az

1039
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv