www.sinerjipro.net

SinerjiProWide
Reklam

Processed with MOLDIV

Uzun illərdən bəri Azərbaycanda fəaliyyər göstərən türkiyəli iş adamı Hüseyn Büyükfıratın yaşadığı olay hamını təəccübləndirmiş, eyni zamanda onu tanıyanları təəssüfləndirmişdi. H.Büyükfıratın Azərbaycana necə bağlı olduğunu və apardığı mübarizədən xəbərdar olanlar burada bir FETÖ barmağı olduğundan əmindilər. Hər il eyni iş üzrə Azərbaycanda çalışma və yaşama izni alan Büyükfıratın bir neçə ay öncə sənədlərini yenilədiyi halda Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə buraxılmamasının içində bir iş olduğundan hamı əmin idi. Necə ki, hər iki ölkənin müvafiq qurumları işə qarışar-qarışmaz məsələ çözüldü və Hüseyn Büyükfırat Bakıya gəldi.

IMG_2810

Bakıya gəlməsi dostlarını sevindirdiyi kimi FETÖ-nün də qara təbliğatını da susdurdu.

Ancaq bu günlərdə ortaya çıxardığımız bir fakt hamını heyrətə saldı. Bu “Gülənin ən güclü olduğu ikinci ölkə Azərbaycandır” fikrinin nə qədər doğru olduğunu ortaya qoydu.

Belə ki, bəziləri Büyükfıratın Azərbaycana buraxılmamasında fərqli çalarlar axtarsalar da, ortaya çıxan fakt bu işin FETÖ planı olduğunu ortaya qoydu. Doğrudur, Hüseyn Büyükfıratın həm Azərbaycanda, həm Türkiyədə FETÖ əleyhinə fəaliyyəti buna şübhə yeri qoymurdu. Ortaya çıxan fakt isə bunun təsdiqi oldu.

IMG_3041Belə ki, Gülənin Azərbaycana ilk göndərdiyi qrupda təmsil olunan, “Zaman” qəzetinin Kanadada yaşayan keçmiş müxbiri Faruk Arslan öz “Tvitter” hesabından Hüseyn Büyükfıratın ölkəyə buraxılmamasından tam 20 gün öncə Büyükfıratı hədəf seçən tvitlər yazdı. Büyükfıratın Bakıda həbs edildiyini iddia edən F.Arslan bir sıra iftiraları da ard-arda sadaladı.
Həmin dövrdə Türkiyədə olan H.Büyükfırat 20 gün sonra gəldiyində ölkəyə buraxılmadı.

IMG_3043Büyükfırat üzərindən Ərdoğanı “vurmaq” istəyən Faruk Arslanın iddasına görə, guya onun kitabındakı ittihamlar əsasında dövlət Hüseyn bəyi “yaxalayıb”. Bu barədə isə xəbərin “Yeni Müsavat” tərəfindən verildiyini iddia edib.

Faruk Arslanı 20 avqustda bu yalanları yazmağa nə vadar edirdi? İlkin ehtimal odur ki, vaxtilə CIA ilə əlaqəsi deşifrə olduğu üçün Azərbaycandan göndərilən Faruk Arslanın da FETÖ-nün “Büyükfırat planı”ndan xəbəri olub. Ancaq detayları tam bilmədiyindən həbs versiyasını ortaya atıb.

İkinci versiya isə ondan ibarətdir ki, İstanbuldakı məhkəmədə Ali Fuat Yılmazer və digər FETÖ-çülərlə “atışan” Büyükfırata Bakıda sürpriz hazırlamaq niyyətləri olub. Fəqət indiki məqamda bunun bumeranq effekti doğura biləcəyindən deportasiya ilə kifayətləniblər. Buradakı mesaj isə çox açıqdır: Biz hələ də güclüyük.

IMG_3040

Faruk Arslanın iz azdırmaq üçün kitabında olduğu kimi “Abdurrahman” adından istifadəsi isə sırf söz oyunundan başqa bir şey deyil.

Əsas məsələ kimsənin xəbərinin olmadığı bir zamanda Kanadada köpüklü sabun partilərindən çıxmayan birinin Büyükfırata qarşı hazırlanan əməliyyatdan xəbərdar olub, bunu gizlətməməsidir. Maraqlı məqam ondadır ki, H.Büyükfırat yenə FETÖ-yə xərac vermədiyi üçün 2003-cü ildə Gülənin iftirası ilə Azərbaycana buraxılmadığı zamandan bir müddət öncə yenə Faruk Arslan kitabında Büyükfırata iftiralar yağdırmışdı. Qəribədir ki, F.Arslanın Büyükfıratı Rusiyaya hədəf göstərməsinin ardından Hüseyn Büyükfırat Bakıya buraxılmamışdı. Bu dəfə də eyni taktikanın işlədiyi, fəqət Azərbaycanla Türkiyə arasında strateji işbirliyi nəticəsində bu dəfəki planın icrası yarımçıq qaldı.

Rauf Arifoglu

Faruk Arslanın qaynaq olaraq göstərdiyi “Yeni Müsavat”da da belə bir xəbər yerli-dibli olmayıb. Bu sadəcə, tanınan bir markanın adından istifadə edərək, mənbənin etibarlı olması imicini yaratmaq istəyən psixoloji taktikadır. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da düşünür ki, bu bir təxribatdır: “Bu yöndə biz xəbər yaymamışıq. Biz prinsip olaraq, dostlarımızla bağlı mənfi xəbər yaymırıq. Həm Hüseyn bəylə, həm də İHH başqanı Bülənt Yıldırımla çox yaxşı münasibətimiz var və belə bir yazının mənim rəhbərlik etdiyim media qurumunda yer ala bilməz”.

Onu da qeyd edək ki, fətullahçıların suçüstü yaxalandıqları tək olay Faruk Arslanın tvitləri deyil. Büyükfıratın da adının daxil olduğu Gülən əleyhdarlarına qarşı “Tahşiyə” əməliyyatı sifarişini də Gülən “Herkul.org” saytındakı həftəlik çıxışında vermiş, ardınca “Samanyolu”nda yayımlanan “Tək Türkiyə” serialı və fətullahçı köşə yazarları bu mövzunu işləmiş, ardınca polis əməliyyatı gerçəkləşmişdi. İndi də hazırda birbaşa Gülənə qarşı dəlilli-sübutlu məhkəmə işi Büyükfıratın da şikayətçi-zərərçəkən olaraq iştirak etdiyi “Tahşiyə” dosyasıdır.

 

Aqil Ələsgər/Yenicag.az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 446
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."