!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“FETÖ-nun kökünün kəsilməsi üçün AKP-nin daxili təmizlənməlidir” – Türk politoloq

!Reklam – Yazi

“15 iyul tarixindən etibarən hökümətin həyata keçirdiyi FETÖ əməliyyatları fasiləsiz olaraq davam edir”

Bu fikri Yenicag.Az-a danışarkən Qafqaz Strateji Araşdırma Mərkəzinin rəhbəri, türk politoloq Həsən Oqtay deyib.

Türk politoloq söyləyir ki, keçirilən FETÖ əməliyyatı yalnız polis, müəllim və xırda sahibkarlara qarşı keçirilməməlidir:

“FETÖ-nun siyasi qanadına əməliyyatlar təşkil edilməsə, bu şər təşkilatın çökdürülməsi mümkün deyil. Bununçün də hökümət ilk növbədə öz içində təmizlik aparmalı, daha sonra digər əməliyyatlara üstünlük verməlidir”.

Hökümət 14 ildir ki, bütün bürokratik vəzifələri FETÖ-ya təslim etdiyinin əvəzini indi qat-qat ödəyir:

“FETÖ-nun kökünün kəsilməsi üçün AKP-nin daxilindəki üzvlərə, millət vəkillərinə və nazirlərə qarşı da əməliyyatlar həyata keçirilməlidir. Bütün bunlar edilməsə, gözlənilən nəticəni əldə etmək mümkün olmayacaq”.

Ədalət Partiyasının sədrinin birinci müavini Etimad İsmayılov bildirir ki, yaxın 40-45 il ərzində imperialist qüvvələrin təlimatı, diktəsi və dəstəyi ilə formalaşan “Mason lojası” kimi qurumu bir və ya iki il ərzində təmizləmək qeyri-mümkündür:

“Onlar bu zaman ərzində ən iyrənc metodlardan istifadə edirlər. Bu qrup həm öz üzvlərinə, həm də təmasda olduqları insanlara qarşı ən çirkin kompromatdan istifadə edir. Bundan başqa onlar özlərini maliyyələşdirən böyük qruplardandır. Fikrimcə, dünən Rusiyanın Türkiyədəki səfirinə qarşı törədilən sui-qəsdin arxasında da FETÖ dayanır”.

Qeyd edək ki, bu gün Türkiyədə FETÖ/PDY istintaqı çərçivəsində Konya şəhəri başda olmaqla ölkənin 30 vilayətində genişmiqyaslı antiterror əməliyyatları başlayıb. Məlumata görə, Hərbi Hava Qüvvələrinin bazalarında aparılan axtarışda 120 nəfər barəsində həbs qərarı çıxarılıb.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv