FETÖ-nün Rus-Türk savaşı planı niyə uğursuzluğa uğradı? – Türk yazar Gülənin son durumunu analiz etdi

Müəllif: Baş Redaktor

Baş Redaktor

yencag-ru_2016-12-25_08-30-56-651x369Türkiyənin tanınmış qələmlərindən Oray Eğin ”Sözcü” qəzetindəki köşə yazısında Rus-Türk münasibətlərinə FETÖ zərbəsinin niyə baş tutmamasını araşdırıb. Yeniçağ.Az mövzunun aktuallığını nəzərə alaraq, yazını Azərbaycan dilinə uyğunlaşdıraraq, təqdim edir:

Putin nəyə görə təxribatlara aldanmır?

FETÖ-nün məqsədi Rusiya ilə Türkiyəni müharibəyə təşviq etməkdir. Ancaq təşkilatın bu təxribatı boşa çıxdı.

Bu da səbəbləri…

Yəqin ki, Türkiyədə islamçıların reaksiya və qəzəbindən, sistemli etirazından və nifrətindən İsrail qədər nəsibini almış ikinci bir ölkə yoxdur. Mavi Mərmərə krizisi zamanı islamçılar İsrail konsulluğunun qarşısında həftələrlə aksiya keçirdi. Heç bir ölkə İsrail qədər hədəf göstərilməyib, həmçinin heç bir ölkəyə qarşı qəzəb və nifrət dövlət səviyyəsində ifadə edilməyib. İsrail hər an sistemli bir şəkildə hədəfdə idi.

Necə olur ki, illərdən bəri hədəfdə olan İsrailə qarşı etirazlar nəzarət altında saxlanılır, ancaq bir həftəlik etiraz dalğasından sonra bir adam, üstəlik də polis, guya vəziyyətdən təsirlənərək Rusiya səfirini öldürəcək qədər gözü dönür? FETÖ-nün ən təhlükəli dövrü başlayıb. Çünki, o hər cəbhədə məğlub olur, itirəcək başqa heç nəyinin olmadığını hiss edir. Onların bundan sonrakı məqsədi sadəcə xaos yaratmaqdır. Bu terror təşkilatı, məlum müharibə strategiyalarından birində olduğu kimi itirməkdə olduğu torpağı yandıraraq qarşı tərəfin əlinə keçməsinə imkan verməyən bir düşmən ordusu kimidir. Hamımızı öldürməyə qərar veriblər, onlardan hər şeyi gözləmək olar.

Rusiya səfirini vuran polis bir kamikadzedir. Bu cür kamikadzelər təşkilat tərəfindən ağır bir mərhələdən keçilir və beyinləri yuyularaq qurban olmağa razı salınır. Polis silahı çıxardığı an həyatının sona çatacağını yaxşı bilirdi. Ancaq beyni duyulmuş və bunun üçün proqramlaşdırılmışdı. Türkiyədə manqurtlaşdırmaq sahəsində FETÖ-dən daha uğurlu bir şəbəkə varmı?

İllərdir Fətullah Gülən kimi ibtidai sinif məzunu bir klouna ziyalılar da daxil olmaqla minlərcə insanın inanması, tapınması məhz manqurtlaşdırma əməliyatınının nəticəsidir.

Dırnaqarası xocanın gənc oğlanları tovlayıb inandırmaqda usta olduğunu bilirik.

FETÖ bütün dünyada ən böyük uğuru olan təbliğat savaşında məğlub olur. Artıq pis əməllərinin meydana saçılması ilə onların zavallı nağıllarına heç kəs inanmır. Daha söykənmək üçün heç nə qalmayıb.

Necə ki dırnaqarası xoca uzaqdan-uzağa gələcəkdə yaranacaq xaosun xəbərcisi kimi danışır: “Gələcək günlərdə başqa ölüm halları, sui-qəsdlər olarsa, onları da bizim üstümüzə atacaqlar.” Şeytanın belə ağlına gəlməyən şeyi guya özünü müdafiə etmək üçün söyləyir. Həqiqətən də çox təhlükəli və gözüdönmüş bir manyakla üz-üzəyik.

15 iyulda da eynisi olmamışdımı? FETÖ-çulardan başqa heç kim çevrilişdən danışmırdı. Sadəcə təşkilat öz xilası olaraq hərbi çevrilişi seçmişdi, milli hərbçiləri də aldadaraq Türkiyəni ələ keçirməyi planlaşdırmışdı.

Rusiya təyyarəsinin vurulması da hərbçiləri yalandan cəsarətləndirirək edilən hesablanmış bir hərəkət idi. FETÖ özünün edə bilmədiyini bu yolla başqalarına həvalə edərək həyata keçirmək istəyirdi. Onlar Putin və Ərdoğanın tez əsəbləşən xarakterlərinin üzərində bir növ qumar oynadılar. Yaxşı ki dövlət idarəçiliyi bir klounun manqurt ordusu ilə qurduğu müharibə fantaziyalarından daha çox olğunluq və məsuliyyət tələb edir. Yenə də verilmiş sədəqəmiz var imiş demək lazımdır.

Putin niyə bu təxribatlara aldanmır? Təyyarəsi vuruldu, səfiri öldürüldü.  Hər hansı obyektiv kriteriyalarla heç bir dövlət bunları qəbul etməzdi. Amma Putin həqiqətən FETÖ-nun nə qədər hiyləgər və təhlükəli bir təşkilat olduğunu bilir. Rusiya dünyada FETÖ təhlükəsini görə bilən ilk ölkə idi… Bu sektanın təşkilatlanıb sıza bilmədiyi yer də Rusiya idi. 2001-ci ildən bu tərəfə müəllim kimliyi altında FETÖ-çuların agentlik fəaliyyəti ilə məşğul olduğunu, bəzi türk dövlətlərində çevriliş cəhdində iştirak etdiklərini, bəzi ölkələrdə isə xaosun yaradıcısı olduqlarını rus kəşfiyyatı müəyyən etmişdi.

FETÖ-çular ölkədən çıxarıldı, məktəbləri bağlanıldı. Rəsmi Moskva hələ 2000-ci illərdə türk qaynaqlarına çatdırmışdı ki, Gülənə aid məktəblər terror istiqamətli təhsil verir, dini təşkilatlara üzv yetişdirir. Putin aldanmır, çünki terror təşkilatının indiki hədəfinin Türkiyə olduğunu yaxşı bilir. Onlar köhnə taktikaları ilə başqa ölkələrdə etmək istədiklərini indi öz ölkələrində tətbiq edirlər…


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır