yenicag.az
yenicag.az

FETÖ-PKK əməkdaşlığı üzə çıxdı – Şok detallar

FETÖ-PKK əməkdaşlığı üzə çıxdı – Şok detallar

Müəllif: Redaktor

Editor

15450918_839207289555909_1109705647_nTürkiyənin Denizli vilayətində Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinin dindirilməsinə başlanılıb.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilən ifadələrdən birində FETÖ ilə PKK terror təşkilatının əməkdaşlıq etdiyi üzə çıxıb.

15 iyul uğursuz dövlət çevrilişi cəhdindən sonra həbs edilən və məhkəmədə etirafçı olan İ.Ö. yerli FETÖ imamının seçkilərdə PKK terror təşkilatının siyasi qruplaşması HDP-yə səs vermələrini əmr etdiyini deyib.

“Tavas imamı İ.K. ölkədə dolların 4 ilə 4.5 lirəyə qədər bahalaşacağı şayiələrini yaymağımızı, seçkilərdə HDP-yə səs verməyimizi, hətta sözümüzü eşidəcək şəxslərə bu istiqamətdə təbliğat aparmağımızı əmr etdi. İ.K. bu göstərişin ABŞ-dan gəldiyini də qeyd etdi.” – deyə İ.Ö.nün ifadəsində bildirib.

Qeyd edək ki, FETÖ lideri Fətullah Gülən hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Gülən, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdini təşkil etməkdə və bir çox dövləti cinayətlərdə ittiham olunur.

Yeniçağ.Az

Dünya, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti