!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ səfirin qətlinin təlimatını bu şifrə ilə verdi – Şok detallar

!Reklam – Yazi

Dünən gecə Ankarada Rusiya səfiri Andrey Karlovun öldürülməsi dünya mediasının gündəmindədir.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən vurularaq zərərsizləşdirən səfirin qatilinin şəxsiyyəti artıq məlumdur və onunla əlaqəli olan bir neçə şəxs həbs edilib.

Təhlükəsizlik orqanlardakı etibarlı mənbədən mediaya verilən məlumatda cinayətin Gülənin təlimatı ilə həyata keçirildiyi bildirilir. FETÖ liderinin son çıxışında Türkiyədəki qruplaşmasına şifrəli göstəriş verdiyi deyilir. Belə ki, FETÖ kideri Gülən son çıxışı zamanı sözlərini “Onların da oyunlarını poz ve işlərini bitir!” ifadəsi ilə nöqtələyib.

Xüsusi xidmət orqanlarının mütəxəssisləri Gülənin tərəfdarlarına və Türkiyədəki gizli özəyinin üzvlərinə məhz çıxışları zamanı istifadə etdiyi anlaşılmaz ifadələr vasitəsi ilə təlimat verdiyini vurğulayırlar.

Qeyd edək ki, rus səfir Andrey Karlovun qatili Mövlud Mert Yalçıntaş özü polis xususi təyinatlısı olub və FETÖ-nün Türkiyə özəyi ilə sıx əlaqəsinin olduğu artıq müəyyən edilib.

Yeniçağ.Az

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv