yenicag.az

“FETÖ təhlükəsi davam edir” – Türkiyənin milli müdafiə naziri

“FETÖ təhlükəsi davam edir” – Türkiyənin milli müdafiə naziri

Müəllif: Redaktor

Editor

Türkiyənin milli müdafiə naziri Fikri İşık PKK, PYD, YPG və Türkiyədəki radikal solçu terror təşkilatları ilə mübarizənin davam etdirildiyini bildirib.

Yeniçağ.az Türkiyə mətbuatına istinadən bildirir ki, F. İşık FETÖ ilə mübarizə məsələsinə toxunaraq, Türkiyənin terrorla mübarizədə qəti qərar verdiyini deyib: “Təəssüflər olsun ki, Türkiyənin bölgədəki təsirini minimuma endirmək üçün digər terror təşkilatlarının fəaliyyətini qənaətbəxş hesab etməyənlər, bir də FETÖ-nu başımıza bəla etdilər. Uzun illər ərzində bu terror təşkilatı dövlət içərisində şəbəkə yaratdı və 15 iyul hərbi çevriliş cəhdini də FETÖ vasitəsilə həyata keçirtdilər. Bu çevriliş cəhdinin qarşısı xalq və dövlətin birliyi sayəsində alındı. Bu gün FETÖ-nun beli qırılıb deyə bilərik. Ancaq FETÖ təhlükəsinin tamamilə aradan qalxdığını demək, hələ çox tezdir. FETÖ ilə mübarizə təkcə Türkiyədə deyil, dünyanın hər bir yerində aparılmalıdır”.

F. İşık bildirib ki, Türkiyə – NATO əməkdaşlığı bundan sonra da davam edəcək:

“Türkiyə NATO-nun önəmli üzvlərindən biridir və bu qurumun ikinci böyük ordusu bizə məxsusdur. Rusiya ilə əlaqələrimizin inkişaf etməsi NATO ilə münasibətlərimizin zəifləməsi anlamına gəlməməlidir”.

Türkiyənin milli müadifə naziri ABŞ-ın PYD ilə bağlı açıqlamasına münasibət bildirərək deyib ki, bir terror təşkilatına ikili standartlarla yanaşmanı Türkiyə dövləti qəbul etmir:

“Bölgədə PKK-nın qolu olan PYD və YPG-nin terror təşkilatları olduğunu sona qədər deyəcəyik. Bu yolda bütün addımları atırıq. Ümid edirəm ki, yanvarın 20-də ABŞ administrasiyasını təhvil alacaq Tramp hökuməti bu məsələdə Türkiyənin səsinə səs verəcək”.

F. İşık bildirib ki, 1960-cı il çevrilişindən sonra anormal bir vəziyyət yaranmışdı, yəni Milli Müdafiə Nazirliyinin görəcəyi işləri Baş Qərargah həyata keçirirdi: “ Təəssüf ki, bu sahədə inkişaf olmadı. Əgər Silahlı Qüvvələrin 335 generalından 150-dən çoxu çevriliş cəhdində iştirak edirsə, burada şəxsi yanaşmadan daha çox yaranmış problemlərə diqqət yetirmək lazımdır”.

Yeniçağ.az

Xəbərlər, Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti