!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ yeni mesajlaşma sistemi yaradıb: Adil Öksüzün həbs edilən adamı nələr danışdı?

!Reklam – Yazi

Terror şəbəkəsi FETÖ ilə bağlı aparılan təhqiqat çərçivəsində çevriliş cəhdinin əsas simalarından biri olan xaricə qaçmış Adil Öksüzlə sıx bağlılığı olan şəxs yaxalanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərzurum Cumhuriyyət Baş Prokurorluğunun təlimatı əsasında martın 23-də keçirilmiş əməliyyat zamanı terror şəbəkəsini uzun müddət Sakarya və İstanbulda təmsil etmiş K.G. ilə işləyən bəzi FETÖ-çular həbs olunub.

Məlumata görə, polislərin FETÖ-çuların toplandıqları evə girdiklərini görərək, yataq otağına qaçan K.G. cib telefonunu gizlətməyə çalışsa da, buna nail olmayıb. Polisin telefonun kodunu söyləmək tələbi qarşısında isə “kodu unutduğunu” deyib. Axtarış zamanı bəzi şifrəli yazılar, FETÖ-ya məxsus qadağan olunmuş kitablar, həmin kitabların arasında gizlədilmiş 12 min lirə, 8 min dollar və 4 min avro aşkar edilərək götürülüb.

FETÖ-nun təlimat qeydlərində “Yaxalandığınız təqdirdə, sizə “ByLock”dan sual verilsə, özünüzü müdafiə üçün həmin proqramın müəyyən edilməsinin və MİT-in belə bir aşkarlama aparmasının qeyri-qanuni olduğunu deyin” ifadələri yazılıb.

Qeyd edək ki, həbs olunanların telefonlarında aparılan araşdırmalar nəticəsində “ByLock” mesajlaşma sisteminə bənzər “Betternet” ünsiyyət proqramı da aşkar olunub. Şübhəlilərin VPN-dən istifadə edərək, “Betternet”ə qoşulduqları, “uçuş rejimi”nə salınan və içində GSM xətti olmayan telefonlarla bu proqram vasitəsilə əlaqə saxladıqları üzə çıxıb.

Bildirilir ki, VPN vasitəsilə pulsuz yüklənən “Betternet”lə mesajlaşmaq və səs rabitəsi yaratmaq mümkündür. Eyni zamanda, “Betternet”in əsas üstünlüyü istifadəçinin olduğu əraziyə dair müəyyənedici siqnal verməməsidir. Axtarış zamanı həmin evdən səyyar wi-fi avadanlıqları və proyektorlar da götürülüb.

Əməliyyatın davam etdiyi müddətdə evin ətrafını nəzarətdə saxlayan polislər bel çantası olan şəxsi saxlayıblar. Lakin “idmana gedirəm” deyən şübhəlinin çantasından idmana aid heç bir ləvazimat çıxmayıb. Araşdırma zamanı həmin şəxsin axtarışa verilmiş H.K. olduğu müəyyənləşib. FETÖ-nun “imam”larından biri olduğu təsdiqlənən H.K.-nın üzərindən “Yavuz Yıldırım” adına saxta şəxsiyyət vəsiqəsi çıxıb.

Yeniçağ.Az

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv