Fətullah Gülən dərhal Türkiyəyə təhvil verilməlidir – EKSPERTLƏR SƏRT DANIŞDI

Fətullah Gülən dərhal Türkiyəyə təhvil verilməlidir – EKSPERTLƏR SƏRT DANIŞDI

Müəllif: Redaktor

Baş Redaktor

lllkABŞ-ın Güləni təhvil verməsi üçün hüquqi sənədlər var – Aqil Ələsgər

Dünyanın media gündəmini zəbt edən Türkiyə hadisələri ilə bağlı fikir ayrılıqları davam etməkdədir. Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək rütbəli zabitlərin həbsi davam etdirilir. Türkiyənin milli müdafiə naziri Fikri İşıq isə Hazırda vəziyyətin tamamilə nəzarət altında olduğunu dedi. Hərbi çevriliş cəhdində ittiham edilən və Yunanıstana qaçmış 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib. Türkiyə prezidenti Ərdoğan Türkiyə kanallarına canlı bağlanaraq verdiyi müsahibəsində çevrilişin arxasında kimlərin durduğunu açıqlayıb. Prezident ordu daxilindəki qrupun “paralel dövlətə” işlədiyini bildirib və Çevrilişə cəhdin arxasında Gülən və terror qruplaşması durduğunu dedi.

7News.az olaraq ölkənin tanınmış ekspertlərinə belə bir sual ünvanladıq:Türkiyədə baş verən son olaylarnan bağlı nurçuların adı ilk şübhəlilər arasındadır. Türkiyə hökümətinin Güləni istəməsi müqabilində ABŞ-ın hüquqi əsaslı sənədləri tələb etməi nə dərəcədə düzgündür?

Məsələyə ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev münasibət bildirərək ABŞ-ın qeyri-şərtsiz Fətullah Güləni ekstradisiya etməsindən danışdı: “ABŞ hər zaman bütün beynəlxalq tribunalardan Türkiyə ilə strateji tərəfdaş olduğunu bəyan edib. ABŞ və Türkiyə partnyordurlar, eyni zamanda, bir blokda terrorizmlə mübarizə aparırlar. Bundan başqa ABŞ üçün, xüsusən də, Yaxın Şərq siyasətində Türkiyə alternativsiz partnyordur. Türkiyədə reallaşan G20 Sammitində Obama bir daha Türkiyənin regionun lider dövləti olduğunu bəyan etmişdi. Bugünlərdə Türkiyədə baş verən hərbi çevrilşə cəhd və bu prosesəndə Gülən faktoru iki dövlət arasında olan münasibətin əsl simasını üzə çıxardı. Türkiyə höküməti açıq şəkildə ABŞ-dan Fətullah Gülənin təhvil verilməsini tələb edir. Bu tələbə cavab olaraq isə ABŞ-ın hüquqi sənəd tələb etməsi sözün bütün mənalarında ABŞ-ın Türkiyəyə olan münasibətini göstərdi. Burada söhbət hansı hüquqi sənədlərdən gedə bilər? Bəs strateji tərəfdaşlıq, eyni blokda terrorizmlə mübarizə, siyasi və iqtisadi əməkdaşlıq? Görünür bunlar yalnız kağız üzərindədir. Görünən odur ki, bir çox dövlətlər Türkiyənin ciddi nüfuzlanmasından narahatdır. Hesab edirəm ki, Gülən dərhal Türkiyəyə verilməlidir”

Yenicag.az internet qəzetinin baş redaktoru Aqil Ələsgər isə münasibətində fətullahçılarla bağlı ciddi mübarizəyə ehtiyac olduğunu dedi: “Çevrilişdə cəhddə nurçular, nəqşilər və ya hansısa dini camaat deyil, Gülənin başçılıq etdiyi Paralel Dövlət Terror Şəbəkəsi ittiham olunur. Gülən ilə bağlı ittihamlar bir neçə məsələ üzrədir. Son hadisə isə bir daha göstərdi ki, fətullahçılarla bağlı ciddi mübarizəyə ehtiyac var. Gülənin liderlik etdiyi şəbəkə bilinən terror təşkilatı tərifindən fərqlidir. Onun üçün onlara qarşı hüquqi mübarizə çətindir. Ancaq bunu ABŞ mediası da aylar əvvəldən yazırdı ki, fətullahçı zabitlər çevriliş hazırlayır. Təəssüf ki, atatürkçü zabitlərin Gülənin fitnəsi ilə ordudan atılması nəticəsində Gülənin ordu içinə yerləşdirdiyi zabitlərin önü açıldı və nəticə də bu oldu. ABŞ-ın Güləni təhvil verməsi üçün hüquqi sənədlər var, fəqət bu bir siyasi qərardır və burada hüquqdan daha çox ABŞ-ın mövqeyi önəmlidir. Ancaq Әrdoğan hökuməti İncirlik hərbi bazası və ABŞ-ın bölgədəki maraqları ilə bağlı ciddi addımlar atsa, Güləni təhvil ala bilərlər. Әks halda ABŞ ən yaxşı halda onu Kanadaya yola salaraq, məsuliyyətdən yayınacaq.”

Araşdırma, Gülən Təhlükə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti