yenicag.az
yenicag.az

Fətullah Gülən haqqında İKİNCİ həbs qərarı verildi

Fətullah Gülən haqqında İKİNCİ həbs qərarı verildi

Müəllif: Baş Redaktor

Baş Redaktor

page_erdogan-gulen-tartismasinda-kavgada-bile-soylenmeyecek-sozler_667770667İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsi 25 dekabrda çevrilişə cəhd etməkdə şübhəli bilinən Fətullah Gülən üçün ikinci dəfə həbs qərı çıxarıb.  

Hakim prokuror 1453 səhifəlik iddianaməsini qəbul edib. “Çevrilişə cəhd”, “silahlı qruplaşma yaratma və idarə etmə”, “siyasi və ya hərbi casusluq məqsədiylə gizli məlumatlar əldə etmə” maddələri ilə ömürlük həbs cəzası istənilən Fətullah Gülən üçün hakim qiyabi həbs qərarı verib.

Məhkəmənin 15 günlük araşdırması nəticəsində qəbul etdiyi iddianamədə haqqında həbs tələb edilən Gülənin köməkçisi Sinan Dursunun da qiyabi həbs olunmasına qərar verib.   Xatırladaq ki, ilk məhkəmə qərarı yanvarın sonunda verilib. Məhbusların vəziyyəti ilə əlaqədar iki dəfə həbs qərarı təxirə salınıb.

İddianamədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, prezidentin oğlu Bilal Ərdoğan, Berat Albayraq, Sərhat Albayraq, Hakan Fidan, İsmail Rüştü Cirit, Nihat Öməroğlu və Yalçın Akdoğan şikayətçi, Baş nazir Əhməd Davudoğlu, sabiq Nəqliyyat naziri Binali Yıldırım, bəzi nazir və millət vəkilləri isə zərərçəkən qismində göstərilib(axar.az).

 

Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti