!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fətullahın qəzetinin azərbaycanlı müxbirinin “Tvitter”i Türkiyədə bağlandı

!Reklam – Yazi

tvit

Azərbaycanlı jurnalist, Fətullah Gülənə bağlı “Zaman” qəzetinin keçmiş əməkdaşı Mahir Zeynalovun “Tvitter” akkauntu Türkiyə hökumətinin tələbi ilə bu ölkə ərazisində bağlanıb. Virtualaz.org xəbər verir ki, Türkiyə hökuməti onu “terrorçuluğun təbliğində” günahlandırır. “Tvitter” jurnalisti xəbərdar edib ki, bundan sonra onun akkauntu Türkiyə ərazisində bağlı olacaq.

“Mənə yazıblar ki, akkauntum Türkiyənin tələbi ilə bağlanıb. “Tvitter” bildirir ki, yerli qanunlara əməl etməyə borcludur. Bu baxımdan mənim “Tvitter”də yeddi illik fəaliyyətimə son verilir”, – Mahir Zeynalov bildirib.

2014-cü ildə Mahir Zeynalov Türkiyə hökumətini, Ərdoğanı tənqid etdiyi üçün bu ölkədən deportasiya edilib. Hazırda o, ABŞ-dadır və “The Huffington Post” qəzeti, “Al Arabiya” telekanalı ilə əməkdaşlıq edir. Jurnalist ABŞ-dan sosial şəbəkələr vasitəsilə Türkiyə hökumətini tənqid etməkdə davam edirdi.

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv