!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Feysbukdan inanılmaz yenilik – Mobil operatorlara ağır zərbə

!Reklam – Yazi

5-762Feysbuk korporasiyası şəxsi messencerdən SMS qəbul etmək və göndərmək funksiyasını sınaqdan keçirir.

Bu barədə “Techcrunch” portalı şirkət nümayəndələrinə istinadən xəbər verib.

Yeni funksiya istifadəçilərə smartfonun özünün SMS qəbulu, oxunması və göndərilməsi üçün əlavəsinin istifadəsindən tam imtina etməyə imkan verəcək. Həmçinin korporasiya bir neçə akkauntun bir avadanlığa inteqrasiyası seçimini sınaqdan keçirir. Belə funksiya bir cihaz istifadə edən bir neçə istifadəçi üçün faydalı ola bilər.

Yanvarda isə Feysbuk-un messencer bölməsinin rəhbəri Devid Markus messencerlərin inkişafı fonunda telefon nömrələrinin “öləcəyini” bildirib.

“2016-cı il telefon nömrələrinin real olaraq ölmə əlamətlərinin aşkar olunacağı il olacaq. Bu da Feysbuk messencerinin qismən yayılması ilə bağlı olacaq”, – deyə Markus özünün sosial şəbəkədəki səhifəsində yazıb.(lent)

 

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv