!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN akademiyasında videokonfrans keçirilib

!Reklam – Yazi

17692fb9a83d8058e246d66061d69151Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Nəqliyyatda fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, videokonfransda Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə yanaşı, Qazaxıstan Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutunun və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu, Komanda-Mühəndislər İnstitutu və Rusiya Federasiyası Volqa Su Nəqliyyatı Akademiyasının Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun mütəxəssisləri iştirak edib.

Beynəlxalq videokonfrans inzibati binasının açılışı mərasimində Azərbaycan prezidenti İlham Əliyevin bölgədə öz yeri olan və ən müasir texnologiyalarla təchiz olunmuş mühüm tədris müəssisəsi adlandırdığı FHN Akademiyasının konfrans zalında keçirilib. Akademiyanın rəisi general-mayor Pənah Süleymanov videokonfransın açılışında deyib ki, ən son texnologiyaların tətbiqi ilə reallaşdırılan bu ilk videokonfrans eyni zamanda əməkdaşlığın daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Kokşetau Texniki İnstitutunun rəisi Sırım Şaripxanov Azərbaycan FHN-in Akademiyası ilə keçirilən bu videokonfransda müzakirəyə çıxarılmış mövzunun əhəmiyyətindən bəhs edib.

Videokonfrans vasitəsilə keçirilən seminarda çıxış edən Komanda-Mühəndislər İnstitutunun nümayəndəsi Sergey Botian, Kokşetau Texniki İnstitutunun şöbə rəisi Arman Kusainov, Azərbaycan FHN-in Akademiyasının fakültə rəisləri Elçin Mahmudov və İlqar Dadaşov, Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun idarə rəisi Maksim Bodnya və digər natiqlər nəqliyyatın müxtəlif sahələrində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məsələləri ilə bağlı məruzələr təqdim ediblər. Çıxışlarda həmçinin Azərbaycan, Qazaxıstan, Rusiya və Belarusun uyğun qurumları arasında səmimi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün bu tip tədbirlərin əhəmiyyəti də vurğulanıb.

Sonda seminarın yekunları ilə bağlı müzakirələr aparılıb, videokonfransların bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanıb.

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv