FHN-dən qəza ilə bağlı məlumat

FHN-dən qəza ilə bağlı məlumat

Müəllif: Baş Redaktor

Baş Redaktor

images (23)Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllı rayonunda toy karvanında baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

İsmayıllı rayonunun Qubaxəlilli kəndində (rayon mərkəzindən 33 km aralı) yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, “Mitsubishi” markalı minik avtomobilinin sürücüsü Firudin Ələsgər oğlu Əsgərov, 1 nəfər sərnişini və “Mercedes” markalı minik avtomobilində olan 2 nəfər qəza nəticəsində hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə qəza nəticəsində deformasiyaya uğramış minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti