FHN-də 600 minlik qalmaqal – Nazir necə aldadılmaq istənilir? – Təfərrüat

Müəllif: Baş Redaktor

Baş Redaktor

kemaledin_heyderov_5Bir müddət öncə iş adamı Sadiq Mustafayev media vasitəsilə Fövqəladə Hallar Nazirliyi tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi ”Azkommunlayihə” Kommunal Layihələndirmə Institutunda direktoru Sahib Qarayevin kürəkəni Əli Məlikov barəsində nazir Kəmaləddin Heydərova müraciət etmişdi.

Sadiq Mustafayev müraciətində Əli Məlikovun ondan 600 min manat pul aldığını iddia edirdi. O həmçinin bu məsələ ilə bağlı Sahib Qarayevə müraciət etdiyini, lakin Qarayevin də onu aldatdığını, heç bir kömək etmədiyini, əksinə müflis edildiyini bildirmişdi.

Sadiq Mustafayev müraciətində yazırdı: “Mən iş adamıyam, Əli Məlikov bunu bilib münasibətimizdən istifadə edərək 2012-ci ilin aprelində 600 min dollar almış, bu günə qədər də tam qaytarmamışdır. Pulumu tələb etdikdə yaxın və nüfuzlu qohumları da bu məsələyə qatılmış, mübahisəmiz daha da dərinləşmişdir. Həmin qohumlarından biri də qaynatası cənab Sahib Qarayevdir. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi ”Azkommunlayihə” Kommunal Layihələndirmə Institutunda direktor vəzifəsində işləyir. Əli Məlikovdan şikayət edəndə Sahib Qarayev qızının və nəvələrinin xətrinə bu işdə mənə köməklik edəcəyini və məsələ ilə maraqlanacağını bildirmişdir. Onun təşəbbüsü ilə görüşdük, kürəkəninin borcu barədə ətraflı bildirdim. Borcun cüzi bir hissəsi mənə qaytarıldı. Demə, bunlar oyun imiş. Sahib Qarayev mənə işləmək, borcun əvəzini işlə çıxmaq üçün şərait yaradacağını vəd etdi. Inandırmaq üçün görəcək işin eskiz-layihəsini verdi, konkret iş yerləri göstərdi. Görüləcək işləri borcun bir hissəsi kimi hesablayaraq, qalan borcun 100 min dollar olması barədə öz aramızda qəbz aldı. “Mən Hacıyam” deyib aldığı qəbzi sonradan istintaq orqanlarına sübut kimi təqdim edərək kürəkəninin borcunu 600 min dollar deyil, 100 min dollar olduğunu sübut etməyə çalışdı”.

Sadiq Mustafayev müraciətində nazirdən xahiş edir ki, bu məsələni diqqətə alsın. Iş adamı deyir ki, Sahib Qarayev onu faktiki olaraq müflis edib: “Cənab nazir, ümid yerim sizsiniz. Sizdən artıq dərəcədə xahiş edirəm ki, məni qəbul edib dərdimi dinləyəsiniz və pulumun qaytarılmasına kömək edəsiniz”.

İş adamı “Fövqəlnazir”ə müraciətində onu qəbul edib dinləməsini də xahiş etmişdi. Amma bu müraciətlərdən sonra iş adamın ittiham etdiyi Layihə İnstitutunun direktoru Sahib Qarayevin vəkili İkram Abdullayev mətbuatda yazılanlara cavab verərək adıçəkilən şəxsin şantaj edildiyini, yazılan məlumatın həqiqətəuyğun olmadığını bildirdi.

Bu gün qalmaqalla bağlı Arqument.az-a ilginc məlumat dail olub. Məlumatda deyilir ki, məsələ artıq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir. Çünki bu məsələ Prezident Adminstrasiyasına qədər gedib çıxıb.

Mənbə bildirir ki, Kəmaləddin Heydərov bu işin araşdırılmasını tələb edib. Məhz bundan sonra Sahib Qarayev vəkili vasitəsi ilə belə bir məlumat yayıb. Bu da səbəbsiz olmayıb, çünki Qarayev işini itirmək qorxusu yaşayır və artıq onun yaxın zamanlarda işdən qovulacağı da istisna edilmir.

Məlumatlı mənbə bildirir ki, iş adamına qarşı yaxın günlərdə mediada yenidən kampaniyanın başlanmasına start verilə bilər. Bununla da həm Kəmaləddin Heydərovu inandırmaq, həm də iş adamının yalan məlumat verdiyini ictimailəşdirmək, diqqəti Sahib Qarayevdən yayındırmaq istəyirlər.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır