!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

FIFA Almeydanın millimizdə oynaması ilə bağlı qərar verdi

!Reklam – Yazi

Riçard Almeydanın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin Şimali İrlandiyaya qarşı oyunda iştirak edib-etməyəcəyinə aydınlıq gətirilib.

Yenicag.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi iyunun 10-da baş tutacaq matçda oynaya biləcək.

Belə ki, FİFA-nın müvafiq komitəsi AFFA-nın Braziliya əsilli xavbekin millimizdə oynamaqla bağlı müraciətinə baxıb. Ali futbol qurumu məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib.

Assosiasiya rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb. Beləliklə, Robert Prosineçki hazırda Avstriya toplanışında olan Almeydanın xidmətindən Şimali İrlandiya ilə qarşılaşmada yararlana biləcək.

Qeyd edək ki, Riçard Almeyda 2012-ci ilin yayından “Qarabağ”ın formasını geyinir.

Yenicag.az

 

www.yenicag.az

920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv