yenicag.az
yenicag.az

Fikrət Fəraməzoğlundan SENSASİON AÇIQLAMALAR

Fikrət Fəraməzoğlundan SENSASİON AÇIQLAMALAR

Müəllif: Redaktor

Editor

c4cde0ac85afc10932d832de0de0f546Hazırda həbsdə olan JAM.AZ saytının baş redaktoru Fikrət Fəraməz oğlu vəkili vasitəsi ilə mətbuatda açıqlama verib. Baş redaktor istintaqın müddətinin daha 3 ay uzadılmasına, apelyasiya şikayətinə müsbət cavab verilməməsinə və ev dustaqlığı ilə bağlı vəsaitinə rədd cavab verilməsinə etiraz edib. Fəraməzoğlu bildirib ki, bu istintaqın növbəti qərəzi, məhkəmələrin hələ də sifarişlə çalışdığının daha bir göstəricisidir.

Baş redaktor qeyd edib ki, o hələ də məhkəmələrin BMCMİ-dən, çəkinməsini, qorxmasını anlaya bilmir. Onun sözlərinə görə, istər Nərimanov rayon Məhkəməsində istərsə də Bakı Apelyasiya Məhkəməsində hakimlərin davranışları daha çox 1937-ci ili xatırladıb. “Heç nəyi araşdırmadan, BMCMİ-nin qorxusundan cəmi 5-10 dəqiqəlik proses keçirib, hökm çıxarmaq nə ədalət, nə də qanuna sığır.

Əksinə hakimlər elə davranılar ki, sanki təqsirləndirilən şəxs terrorçu istintaqı isə dedikləri Quran ayəsidir. Müstəntiqin gətirdiyi gülünc arqumentlər isə biabırçılıqdan başqa bir şey deyil. Məsələn, mən guya istintaqın “zərəçəkən” kimi tanıdığı (hansı əsaslarla bu qənaətə gəldiyi müəmmalıdır) şəxslərə təzyiq göstərə biləcəyindən ev dustaqlığına buraxıla bilmərəm. “Bandotel”ə arxalanan bu ştatlı üzə duranlara necə təsir edə bilərəm ki? Mənim əlimdə hansı təsir imkanları var ki, onlara təsir göstərim?

Həyatda heç bir vaxt görmədiyim bu üzəduranlara heç bir şey etmədiyim halda “Bandotel” in əlilə həbs olunmuşam. Təsəvvür edin ki, bu ləyaqətsiz adamlara üz-üzə söz desəm, onlar daha hansı hoqqalardan çıxarlar. Onlar elə qırmızısifət adamlardılar ki, əgər belə bir şeyə cəhd etsəm, himayəsində olduqları “Bandotel”in əli ilə mənim 2 yaşlı oğlunu belə həbsə atdırarlar. Hətta 2 yaşlı körpəmin başının altından, pampersindən kilolarla narkotik, silah çıxararlar”.

Fikrət Fərəməzoğlu daha sonra bildirib ki, baş verənlər onun həbsinin sifarişli olduğunu bir daha təsdiqləyir. O qeyd edib ki, həbsinə sifariş verilməsinin başlıca səbəbi BMCMİ rəhbərliyinin “biznes” maraqlarına toxunması olub. “Bu gün həbsdə olmağımın, işgəncələrə məruz qalmağımın əsas səbəbəi yazdığım tənqidi yazılardır.

Rəhbəri olduğum saytda BMCMİ-nin maraqlarına toxunan məqalələrin dərc olunması onları belə bir addım atmağa sovq edib. Çünki, mən rəhbərliyinin himayəsində olan əxlaqsızlıq yuvalarının, qumarxanaların ifşasını, üzə çıxmasını əks etdirən araşdırmalar yazmışam. Nəticədə, həmin qeyri-qanuni fəaliyyətlə məşğul olanların müştəriləri və qazancı azalıb, iyrənc əməlləri üzə çıxıb. Bu da yekunda “bandotdel” rəhbərliyinin aylıq qazancına təsir edib ki, onlar da qəzəblənərək, məni susdurmaq üçün həbs ediblər”.

JAM.AZ-ın həbsdə olan baş redaktoru istintaqın qərəzli olduunu və sifarişlə işlədiyini də vurğulayıb. O bildirib ki, BMCMİ-nin istintaq idarəsi sözün həqiqi mənasında sehrbazdır. “İstintaqı aparanlar o qədər savadsız və bacarıqsızdır ki, hıtta apardıqları istintaq işində ciddi səhvlərə yuol veriblər. Məsələn, üzümə duran əxlaqsızlıq yuvasının sahibi Mehman Həsənovdan pul almadığım halda, bunu iddia edir. Üstəlik həmin pulların üzərində əl izlərimin ekspertizasını aparmağa cəsarət etməyiblər.

Çünki qurama və sifarişli istintaq apardıqlarının fərqindədirlər. Və ya barəmdə qaldırılmış qondarma cinayət işində mənim guya, qrup şəklində “cinayət” törətdiyimi qeyd edərək, buna müvafiq maddə üzrə də ittihamı irəli sürüblər. Amma həmin “dəstə”nin nə üzvləri məlumdur, nə də onlarla bağlı hər hansı bir araşırma aparılıb. əgər mən başıma dəstə yığıb onlarla birlikdə kimlərəsə hədə qorxu gələrək pul tələb etmişəmsə hanı həmin dəstənin üzvləri?

Həqiqətən də belə bir dəstə mövcud idisə o zaman istintaq bu 4 ay ərzində niyə onların şəxsiyyətini müəyyənləşdirməyib. Aydın məsələdir ki, istintaq özu də yaxşı bilir ki, mənim nə dəstəm olub, nə də kimsəyə hədə-qorxu gəlmişəm. Belə bir maddəni tətbiq etməklə birmənalı şəkildə mənə təzyiq göstərməyə çalışıb.

Fərəməzoğlu daha sonra maraqlı bir faktında üstünü açıb. O bildirib ki, istintaq sonuncu məhkəmədə daha bir sehrbazlıq edib. Mən “sifarişlə həbs olunan günü BMCMİ elə dedilər ki, guya Mehman Həsənovdan 3.000 manat pul almışam. Hətta üzümə duran Həsənovun istintaqa verdiyi ifadəsində və mənimlə üzləşmədə həyasızcasına bildirmişdir ki, guya ona hərə-qorxu gələrək ondan 3.000 manat pul tələb edib almışam.

Eyni zamanda BMCMİ-nin sehrbaz əməliyyatçıları da cibimə qoyduqları pulu sayaraq onun 3.000 manat olduğunu sənədləşdirmişdilər. Lakin Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu proses zamanı müstəntiq bildirdi ki, guya mən Mehman Həsənovdan 2.500 manat almışam. Gorünür cibimə qoyduqları və sonra çıxardıqları pulun 500 manatına ehtiyacları olduqları üçün götürüblər. Həbsdə olan baş redaktor onu da qeyd edib ki, ona qarşı irəli sürülmüş ittihamların hamısı qondarma və sifarişlidir. Mən heç bir cinayət əməli törətməmişəm və mənim həbsimdə sifarişlidir, gunahsızlığımı isə məhkəmədə tam sübut edəcəm. Bunun üçün yetərli qədər dəlil və sübutlarım var. ”

Fikrət Fərəməzoğlu sonda ona dəstək verən həmkarlarına, hüquq müdafiəçilərinə müraciət edərək məhkəmə prosesində ona dəstək olmaqlarını və məhkəmə prosesini işıqlandırmalarını xahiş edib. Həmkarlarım bu aylar ərzində mənə yetəri qədər dəstək veriblər. Onlara dərin minnətdarlığımı bildirirəm. Dəstək olmayanlara isə azadlıqdan geniş şəkildə görüşəcəyimizi vəd edirəm. Dostlardan və həmkarlardan xahişim odur ki, məhkəmə prosesini geniş şəkildə işıqlandırıb BMCMİ və sifariş verəni necə ifşa edəcəyimi cəmiyyətə çatdırsınlar.

Belə baxıram ki “Bandotdel”mənim adımı Ginnesin rekordlar kitabına saldıracaq!Çünki bu idarənin əməliyaçıları az qala mənim “Işıq sürəti”ilə hərəkət etdiyim qənaətinə gəlib.Daha doğrusu ,bu əminliklə sənədləşdiriblər .Belə ki,BMCMİ-nin mənimlə bağlı tərtib etdiyi əməliyyat axtarış tədbirinin keçirilməsinin nəticələri və maddi subutların götürülməsi haqqında “protokolda”qeyd edilir ki güya mən Mehman Həsənovla görüşmüşəm və bir neçə saniyə sonra ondan pulu alıb cibimə qoymuşam.

Belə bir protokol tərtib etmək əməliyyatçıların ,istintaqın bisavadlığını göstərir və utancvericidir. Əvvəla iki adam görüşürsə salamlaşma bir necə dəqiqə cəkir birdə hal ehval sorusmanı bunun üzərinə gəlsək o zaman normalda üzümə duram Mehman Həsənovla mənim bir arada olmağlm 10 dəqiqədən artıq olmalidır ki ,mən bandotdelin ştatlı üzəduranını saxlanıldığım günü yalnız qoluma qandal vurulduğu zaman görmüşəm.

İkincisi bir necə saniyəyə pul almaq mümkün deyil bunun ücün ışıq sürətində hərəkət etmək lazımdı ki mənim belə bir gücüm yoxdur.buna inanmaqda dəlilikdi deməni mən o pulu almalıydin məbləği saymalıydım əgər saymışdımsa həmim pulların üzərində əl izlərim olmalıydı.Bəs hanı həmin ekpertiziyanın rəyi?İstintaq belə bir ekpertiza keçirməyə cəsarət belə edə bilməz ona hörə ki yalançı durumuna düşəcək!

Digər bir məqam müasir əməliyyat axtarış tədbirlərrində gizli çəkiliş aparıması üçün yetərli qədər texnoloji avadanlıqlardan istifadə etmək imkanları var.

Saxlanılan şəxsin görüşdüyü adamin üzərində gizli dinləmə cihazı və ya çəkiliş qurğusu quraşdırmaqda çətin bir şey deyil .axı nece sənədləşdirə bilərlər ki ondan pul tələb etmişəm əgər belə bir səs yazısı çəkiliş varsa ortaya qoysunlar .Daha yalançı və ştatlı hal şahidlərinin dediklərini əsas gətirib haqqımda həbs qərarı çıxarmasınlar .Bu mənə böhdan atmaq şərləməklə yanaşı həmdə həbsimin sifarişli olduğun bir daha təsdiqləyir.

Aydın məsələdir ki ,mənim mənim jurnalist faliyyətim DİN-də təmsil olunan yüksək çinli bir məmurun maraqları ilə üst-üstə düşməyib. Həmin generalın geyri-qanun yollarla gəlir əldə etdiyi sahələri ifşa etdiyim üçün onun qəzəbinə tuş gəlmişəm. İstintaqın fəaliyyətsizliyi,heç bir addım atmaması,həbs müddətimi uzatması üçün çalışması və bununla ailə üzvlərimi şantaj etməsi bu sifarişin həyata keçirməsinin tərkib hissəsidir.

Dostlar bu mənim “34 gün “adlı silsilə məqaləmin hələki 1 ci hissəsi idi.gələn məqalələrdə həmin çavuş rütbəsindən general rütbəsinə yüksəlmiş səxsin hansi bizineslərin yürütdüyünü ona verilən səlahiyyətlərdən sui-istifadə edərək hansı talama işləri ilə məsqul olub kimlərinənsə qrup olub dövləti və xalqa zərbə vurduğunu sizlərilə paylaşacağam

 

Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti