!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fikrət Fəraməzoğlunu qeydə almayın”

!Reklam – Yazi

1444015708_sevBaş redaktor: «72 saylı dairədə bütün inzibati resurslar Musa Qasımlının saxta yolla yenidən deputat seçdirilməsinə yönəldilib»

Məlum olduğu kimi, JAM.AZ-ın rəhbəri Fikrət Fəraməzoğlu noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar verib. Namizədliyini irəli sürmüş baş redaktor sənədlərini 72 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasına təqdim edərək, aldığı imza vərəqələrini də doldurub, təhvil verib.

Oktyabrın 1-də zəruri olan 450 imza əvəzinə 550 imza toplayan Fikrət Fəraməzoğlu JAM.AZ-a açıqlama verərək bildirmişdi ki, işlərini daha etibarlı tutmaq üçün imzatoplama kampaniyası dönəmində imza vərəqlərinə imza atanlara, həm də bu imzaları təsdiqlədiklərinə dair arayış da imzaladıblar. Lakin…

Dünən aldığımız məlumata görə, Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmov 72 saylı Yardımlı-Masallı DSK-nın sədri Qadir Canəliyevə qəti təlimat verib ki, nəyin bahasına olursa, olsun Fikrət Fəraməzoğlunun namizədliyini qeydə almasın.

Məsələ ilə bağlı JAM.AZ-a açıqlama verən Fəraməzoğlu qeyd edib ki, məsələdən xəbərdardır. O bildirib ki, belə bir halın yaşanacağını əvvəlcədən bilirmiş. «Bilirdim ki, namizədliyimi qeydə almamaq üçün bütün imkanlardan istifadə edəcəklər. Sevindik Hətəmovun şəxsimlə bağlı ciddi narahatlığının olduğundan da xəbərdar idim. Çünki zaman içində Yardımlının icra başçısının yarıtmaz fəaliyyəti ilə bağlı JAM.AZ-da dəfələrlə tənqidi məlumatlar yayımlamışdıq. Və onu da bilirdim ki, Hətəmov hələ xeyli əvvəldən, yəni seçkilərə 5-6 ay qalmış mənim namizədliyimi irəli sürəcəyimdən xəbəri var idi və buna qəti etirazını bildirmişdi. İndi əlinə fürsət düşüb».

Fikrət Fəraməzoğlu daha sonra qeyd edib ki, hal hazırda bütün inzibati resurslar 72 saylı dairədə Musa Qasımlının deputat seçdirilməsinə yönəldilib. «Namizəd olmaq istədiyim dairədə bütün inzibati resurslar Musa Qasımlının saxta yolla yenidən deputat seçdirilməsinə yönəldilib. Təbii ki, mənim kimi ciddi bir rəqibin seçkilərdə iştirak etməsi kimsəyə sərf etmir. Ona görə də, ən maksimum dərəcədə namizədliyimi qeydiyyata almamağa çalışacaqlar. Eyni zamanda, bu hərəkət onu göstərir ki, Azərbaycanda siyasət, dövlət, qanun bir kənara qoyulub və hər şey fərdlərin istəkləri üzərindən reallaşdırılır. Yəni, Sevindik Hətəmov kimi, iş bacarmayan icra başçıları seçkinin ədalətli və demokratik keçməsini təmin etmək əvəzinə, ona müdaxilə etməklə Azərbaycanı sabah saxta seçkilər fonunda bütün dünyada biabır etməyə çalışır. Bu adamları zərrəcə dövlətin imici, ölkənin maraqları maraqlandırmır».

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv