yenicag.az

"Finala gözüm zədəli halda çıxmışdım" - Tamerlan Abdullayev

“Finala gözüm zədəli halda çıxmışdım” – Tamerlan Abdullayev

Müəllif: Redaktor

Editor

IV İslam Həmrəyliyi Oyunlarında qızıl ümidlərimizdən biri Tamerlan Abdullayev olsa da, o, “gümüş”lə kifayətlənməli olub.

Yeniçağ.Az saytına açıqlama verən boksçumuz ikinci olmasının səbəblərini açıqlayıb:

“Neçə aylardır bu yarışa hazırlaşırdım. Qızıl medal qazanmaq istəsəm də, “gümüş”lə kifayətlənməli oldum. Çünki finala gözlərim zədəli halda çıxmışdım. Əvvəlki döyüşdə gözümdən zədələnmişdim. Əslində, fərqli taktika ilə çıxış edəcəkdim. Ancaq gözümə görə uzaqdan taktikanı seçməyə məcbur oldum. İdmançı əziyyət çəkib, bəhrəsini görəndə daha da ruhlanır. Bu, çox gözəl hissdir. Yəqin ki, 2-3 həftəyə özümə gələrəm”.

dadada

Emin
Yeniçağ.az

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti