!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fırıldağa məruz qalan türkiyəli iş adamları Zakir Qaralovdan kömək gözləyir-FOTO,AUDİO

!Reklam – Yazi

12999647_1703132503279953_1696636760_o-300x169Fizuli Aslanlının adamları tərəfindən təhdid olunan Musa Konak və onun qızı bu günlərdə Baş Prokurorluğa müraciət edəcəklər

Aprelin 5-də Qafqaznews.az saytında “Bir azərbaycanlının Türkiyədə yaratdığı “Kurtlar Vadisi” – ARAŞDIRMA” başlıqlı yazı dərc olunub. Yazıda Musa Konak, Münir Boztəpə, Celal Zafer, Yusuf Konu və Ali Gergin adlı türkiyəli iş adamlarının Qafqaznews.az Fizuli Aslanlı adlı şəxsdən şikayətləndiyi qeyd olunurdu.

“Mən Azərbaycanı və azərbaycanlı qardaşlarımı çox sevirəm. Hər zaman Azərbaycandan olan qardaşlarımla ortaq iş görməyə maraqlı olmuşam. Mənim qızım da, bu günlərə qədər Azərbaycan Tibb Universitetində 12970564_1703132469946623_2044582902_otəhsil alırdı. Lakin mənim 400 min dollar pulumu mənimsəyən şəxslər öz haqqımı tələb etdikdə məni qızımla təhdid etməyə başladılar. Bu təhdid12935255_1700918483501355_1670553595_n-2lərdən narahat olaraq, qızımı dünən Türkiyəyə gətirdim, onun Bakıdakı təhsili də yarımçıq qaldı. Fizuli Aslanlı adlı fırıldaqçının yanında 18.03.1992 -ci il təvəllüdlü İmişli sakini Məmmədov Elton Yaqub oğlu, 10.10.1961- ci il təvəllüdlü Naxçıvan sakini Həsənov Hüseyn Həsən oğlu və Fizuli Aslanlının qohumu Azər adlı şəxs məni və mənim ailəmi öldürməklə, qızımı oğurlayıb başına oyun açmaqla məni təhdid edirlər”.

M.Konak bizimlə söhbətində Fizuli adlı şəxsin müxtəlif illərdə saxta pasport düzəltdirdiyini, gah Fizuli Məmmədov, gah Fizuli Mehdiyev, gah da Fizuli Aslanlı soyadlarından istifadə edərək, sayı 25-30 ara12939466_1700918373501366_936043606_nsı müxtəlif türkiyəli iş adamlarına 30 milyon dollardan çox pul “atmasından” söz açıb. M. Konak bildirib ki, Fizulinin aldatdığı bir neçə iş adamını da tapıb, onlar da polisə müraciət ediblər, lakin onu məsuliyyətə cəlb etmək mümkün olmayıb.

“Polis baxıb ki, bunun sənədində soyadı Aslanlıdır, Mehdiyev deyil. Digər tərəfdən, müxtəlif şirkətləri oyuna salmaqla, özü kənarda qalıb. Bir çox adama da yerli vətəndaşla rəsmi nikaha girən həyat yoldaşı Aygün Kara adından çeklər verib, amma həmin çeklər boş çıxıb. Onun Türkiyədə 12 yaşlı Hüseyn Kara adlı oğlu da var. Özü dəfələrlə məhkəmə yolu ilə Azərbaycanda ad-soyadını dəyişdirir, sonra bura gəlib, kirə tutduğu bahalı avtomobillər, şıq geyimlərlə insanları aldadır.

12992133_1703133506613186_2065177897_nPasport məsələsində ona Naxçıvanda yüksək vəzifəli polis məmuru Sabo adlı birinin yardım etdiyini öyrənmişik. Mənim qızımı isə Elton adlı şəxs vasitəsi ilə təhdid edib”, – deyə Qafqaznews.az-a danışan iş adamı bildirib. Xatırladaq ki, redaksiyamızın əldə etdiyi məlumata görə, F.Aslanlının Hüseyn Abdullayev, İsgəndər Xəlilov kimi adamlara da “pul atdığı”, 11 milyon dollarlıq mübahisə nəticəsində Elbrus adlı ortağının 6 il əvvəl ona 11 bıçaq zərbəsi vurduğu və hazırda həbsdə yatdığı da sözügedən yazıda qeyd olunurdu.

Aprelin 5-də yazının dərcindən bir neçə saat sonra, özünü Fizuli Aslanlının bacısı kimi təqdim edən bir xanım F.Aslanlı ilə danışdığımız mobil nömrəyə zəng edərək, bizə qarşı təhdid və şantajlar səsləndirib. Özünü təqdim etməyən həmin xanım bizimlə söhbətdə prezidentin adından istifadə etməkdən belə çəkinmədi. “Azərbaycanda baş qarışıqdır. Şəhidlərimiz var. Amma inşallah, Allah qoysa sizə prezidentin yanından zəng vuracağam. Heç narahat olmayın” – deyə xanım bizi təhdid etdi. Yazı saytda yayımlandıqdan sonra, həmin xanım yenidən zəng etmiş, adının Zeynəb olduğunu və 24 ildir İmişlidə yaşadığını demişdi. Zeynəb xanım F.Aslanlının bacısı olduğuna dəfələrlə and içərək, əməkdaşımızla görüşməyi təklif etmişdi: “Gəlin, görüşək, danışaq. İnanın mənə… Məndən sizə ziyan yox, xeyir gələr”.

Bu günlərdə Qafqaz Xəbər Agentliyi araşdırmalarını davam etmiş, məsələdə adı keçən Aygün Kara, Elton Məmmədov və Hüseyn Həsənov adlı şəxslərin mobil nömrələri ilə əlaqə yaratmağa çalışm
ışdı. Aygün Kara dəfələrlə əməkdaşımıza “mən indi telefonda söhbət edirəm, 5-10 dəqiqə sonra danışarıq” deyərək, vaxtı uzadıb və nəhayət telefonunu söndürüb. A.Kara ilə əlaqə saxlamaq və onun mövqeyini dərc etmək imkanımız olmadı, lakin bu xanımın F.Aslanlı ilə əlaqələri ilə bağlı redaksiyamıza məlumat verən iş adamları bildirib ki, bu yaxında Mersində iş adamlarından 2 TIR mal alıb pulunu verməyən F.Aslanlı həmin pulla A.Karanın adına “SS 062 TT” nömrə nişanlı “JEEP” alıb.12966808_1703132999946570_1211463758_n

Şikayətçilər A.Karanın birinci ərindən olan oğlu Emin Karanın da F.Aslanlının dəstəsində olduğunu bildirdilər. Bundan başqa, Fizulinin yanında Turan Atəş adlı adam da var ki, Antalyadakı əlaqələri qurur, onun üçün “ov”lar tapır.Baki Ömrüuzun adlı iş adamı Qafqaznews.az-a bildirdi ki, Füzuli 2011-2012-ci illərdə ona 300 min dollardan çox ziyan vurub və ona tora saldığı İbrahim adlı başqa bir iş adamının çeklərini verib.

“Mən İbrahimin yanına getdim, gördüm Fizuli onu da müflis edib, oyuna salıb. O, bir neçə şirkəti bir-birilə bağlayıb fırıldaqlar işlətməkdə mahir ustadır”, – deyə Baki Ömrüuzun qeyd edib. Həmçinin, əldə etdiyimiz məlumata görə, F.Aslanlı bizimlə telefon söhbəti zamanı Batumidə olub – həmin ərəfədə o Türkiyə polisi tərəfindən deport olunmuşdu. Səbəb isə, onun Fizuli Mehti adı ilə saxta TC pasportu düzəltməsi olub. Bu pasportun seriyası isə məlumat bazasında 1966-cı il təvəllüdlü, Mersin doğumlu Ömer Yılmazın adınadır.12966264_1703134293279774_22796799_n

Həmin şəxs isə, Qafqaznews.az-a bildirilənə görə, F.Aslanlının yaxın adamıdır və onun avtomobil-mənzil icarəsi işlərində də Ömer Yılmaz adından istifadə olunub. Onun Türkiyə polisinin əlinə düşməyi ilə bağlı isə Qafqaznews.az-a maraqlı əhvalat danışıblar: “Təxminən iki həftə əvvəl bir qrup iş adamı Fizulini yaxalayaraq, onu 5 saat ərzində meyvə-tərəvəz soyuducusuna salıb çıxarmış, pul tapıb verməsini tələb etmişdilər. O isə müxtəlif vədlər ilə onların əlindən xilas olmuş, pul axtarmaq əvəzinə dərhal polisə getmişdi. P12986547_1703134163279787_999822589_oolisdə isə onun saxta pasportla gəzdiyini biləndə ölkədən çıxarmağı qərara alıblar”.

Musa Konak bu günlərdə bizimlə əlaqə saxlayaraq, Fizuli Aslanlının hazırda Naxçıvanda olduğu barədə məlumat aldığını və çox güman ki, Naxçıvan DİN-də çalışan Sabo adlı dostu və digər tanışları vasitəsilə yenidən pasport dəyişdirib Türkiyəyə qayıtmağa hazırlaşdığını deyib. O, həmçinin qeyd edib ki, bu yaxınlarda qızı ilə birlikdə Bakıya gələcək və Respublika Baş Prokuroru Zakir Qaralova bu şəxslərdən (Fizuli Aslanlı, Elton Məmmədov və Hüseyn Həsənov – red.) şikayət edəcək.

12986691_1703134159946454_788203539_oM.Konak onlarda bu şəxslər tərəfindən təhdid və şantaj olunduqlarına dair səs yazıları və digər sübut olduğunu da bildiriblər: “Biz Zakir Qaralovun qəbuluna düşərək, bu insanların cəzalandırılmasını xahiş etmək istəyirik. Bizdə olan məlumata görə, Fizuli Azərbaycandadır. Onun növbəti dəfə pasport dəyişdirib ölkədən çıxması əngəllənməli və o məsuliyyətə cəlb olunmalıdır”.

Bizim apardığımız araşdırmalar zamanı, Sabo-Fizuli dostluğundan maraqlı bir etüdlə qarşılaşdıq. Belə ki, bir neçə il əvvəl Fizulinun qohumu Hüseyn Həsənov onun Türkiyədəki əməllərindən vahiməyə gələrək, Naxçıvana qayıtmışdı. Lakin mənbənin sözlərinə görə, Fizuli ilə çoxdan dostluğu olan Sabo onu tutaraq təcridxanaya salmışdı: “Yalnız Fizulidən üzr istədikdən sonra, onu azad ediblər və yenidən Türkiyəyə, öz dəstəbaşısının yanına qayıdıb”. Beləliklə, maraqlı bir sual yaranır: Bir insan nə qədər böyük nüfuza və təsir dairəsinə malik olmalıdır ki, nə Türkiyədə, nə də Azərbaycanda ona “dur” deyəcək biri tapılmasın? Mövzu diqqətimizdədir.

 

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv