!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Firuzə İbadova: "Cavanşirlə uzun illər..." - REAKSİYA

!Reklam – Yazi

Əməkdar artist, müğənni Cavanşir Məmmədovun “Firuzə İbadova ilə sevgili olmuşam” sözlərinə qarşı tərəf reaksiya bildirib.

Yeniçağ.az-a açıqlama verən F. İbadova C. Məmmədovun fikirlərini gülüşlə qarşılayıb:

“Cavanşir mənə həmişə arxa, dost, qardaş, ata olub. Onunla aramızda qadın-kişi sevgisi yaşanmayıb. Əgər Cavanşirlə sevgili olsaydım, çoxdan bu münasibət bitərdi, bu olarda «işdə məhəbbət macərası”. Biz uzun illər onunla eyni səhnəni bölüşmüşük, dostluq etmişik. Çünki insanlar arasında belə münasibətlər çox yaşanıb, axırda da ya pul, ya da başqa şeylər üstündə ayrılıblar. Cavanşir məni sənət dostu kimi çox istəyir, xəta eləməyib ki, deyib Firuzəni çox istəyirəm. Heç kim şoka-zada düşməsin. Mən indiyə qədər sizlərin gözündə ucalıqda olmuşam, yenə də o ucalıqda qalacağam”.

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv