Flora Kərimova əməliyyat olundu – Foto

Müəllif: Redaktor

Editor

Xalq artisti Flora Kərimova cərrahiyyə əməliyyatı keçirib.

PrimeTime.Az xəbər verir ki, sol gözündə problem olan xalq artistinin əməliyyatını ötən gün tibb elmlər doktoru, professor, oftalmoloq Paşa Qəlbinur və onun oğlu Tural Qəlbinur aparıb. Saytımıza açıqlamasında F.Kərimova özünü yaxşı hiss etdiyini bildirib: “İnsultdan sonra gözlərimdə problem yaranmışdı. Uzağı yaxşı görə bilmirdim. Qərar verdim ki, əməliyyat olunum. Əməliyyat ötən gün uğurla başa çatdı. Cərrahiyyə əməliyyatını dəyərli oftalmoloq Paşa Qəlbinurun nəzarəti altında oğlu Tural Qəlbinur yerinə yetirdi. Oğlunun da atası kimi əli yüngül, ürəyiyumşaqdır. Sizin vasitənizlə Paşa Qəlbinura və oğluna, o cümlədən mənim əməliyyatımda əziyyəti keçən hər bir kəsə təşəkkürümü bildirirəm. Mənimlə çox yaxşı davrandılar, gözəl münasibət göstərdilər. Bilirsiniz insanlıq başqa şeydir. O da hər adamda olmur. Bu gün növbəti müayinəyə gedirəm, sarğılarım açılacaq. İnanıram ki, gözlərim bundan sonra öz nuruna qovuşacaq”.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir