Ads by Google

hightechnic
Ads by Google

formula 17 iyun fon -son (6)Bu gün Bakıda “Formula-1” üzrə dünya çempionatının səkkizinci Avropa Qran-pri yarışlarına start verilir.

AzVision.az xəbər verir ki, hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı şəhər halqasında pilotlardan – Louis Hamilton, Fernando Alonso, Nico Rosberg, Sebastian Vettel, Valtteri Bottas və başqaları yarışacaqlar.

Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Qran-prinin birinci günündə “Formula-1” və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunacaq.

İyunun 18-də “Formula-1” üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 19-da Avropa Qran-pri yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 129
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.