!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Formula 1 haqqında bilmədikləriniz: Ən ucuz maşının qiyməti...

!Reklam – Yazi

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisi keçirilib.

Yenicag.az xəbər verir ki, yarışın qalibi “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo olub.

Sözügedən yarışla bağlı bəzi maraqlı məqamları təqdim edirik:

Formula 1 dünyanın ən bahalı idmanı kimi liderliyi qoruyur. Yarışda iştirak edən ən ucuz maşının qiyməti 1 milyon 200 min avroya bərabərdir. Maşınlar üçün hazırlanan 1 dəst təkər (4 ədəd) 10 min dollara başa gəlir. Hər maşın 1 yarışda ən azı 20 ədəd təkərdən istifadə edir. Bunlar adi təkərdən fərqlənir. Belə ki, onlara xüsusi cihaz qoşularaq təzyiqi artırılır. Nəticədə əgər bu təkərdən yarışda istifadə olunmasa belə, o artıq yararsız hesab edilir. Ümumilikdə, hava və yoldan asılı olaraq 7-yə yaxın təkər növü var. Yarış zamanı pilot adətən 3-4 kq çəki itirir. Bakıda havanın isti olduğunu nəzərə alsaq, bu, gün ərzində 5 kq çəkinin itirilməsi deməkdir. Yürüş vaxtı pilot istədiyi zaman su içmək imkanına malikdir. Sadəcə, su qabı mühərrikin yanında olduğundan istilənir. Ümumilikdə, 2 litrə yaxın su olur. Maşınlar isə 110 litr yanacaqla təmin olunur. Yarış vaxtı əlavə yanacaq verilmir.

Yenicag.az

www.yenicag.az

5886
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv