!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Formula 1"- in od tutan qiymətləri: şaurma 8, papaq 100 manat, bir stəkan su isə... - ÖZƏL FOTOREPORTAJ

!Reklam – Yazi

Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib.

Yenicag.az saytının əməkdaşı yarış fan-zonasına baş çəkib.

Burada azarkeşlər üçün yüksək səviyyəli şərait yaradıldığını deyə bilərik. Amma qiymətlər bir qədər bahadır.

Məsələn, adi su almaq istəsən, bunun üçün 2 manat ödəməlisən.

Şaurma 8, dönər isə 5 manatdır. Turistlər daha çox pivə almağa üstünlük verirlər ki, spirtli içkinin də bir stəkanı 7 manata başa gəlir.

Fan-zonada “Formula 1” yarışının atributları da satılır. Qidalardan fərqli olaraq fan-şopdakı məhsullar olduqca bahadır. Məsələn, gündən qorunmaq üçün istifadə edilən adi papağın qiyməti 100-150 manat arası dəyişir.

Gödəkçələrin qiyməti 500 manatdır. İştirakçılar barədə hazırlanan bir neçə səhifəlik jurnala görə isə 30 manatından keçməlisən.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

4212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv