!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Formula 1-lə əlaqədar daha bir yol bağlandı

!Reklam – Yazi

formula11Formula 1 yarışı ilə əlaqədar daha bir yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  verilən məlumata görə, dekabr 7-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyli və Xaqani küçələrinin kəsişmələri arasındakı yol asfalt örtüyünün təmirinə bağlanıb: “Bundan əlavə, Bülbül prospekti qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil”.

Mərkəzdən qeyd edilib ki, dekabrın 2-dən Xaqani küçəsinin Rəşid Behbudov və Azadlıq prospekti ilə kəsişmələrində başlayan təmir işləri artıq başa çatıb.

Qeyd edək ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv