!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Formula-1” üçün son hazırlıqlar – FOTOLAR

!Reklam – Yazi

fon formula 17 iyun son (9)Sabah – iyunun 17-də Bakıda ilk dəfə “Formula-1” üzrə Avropa Qran Prisinə start veriləcək.

Paytaxtın mərkəzi küçələrində təşkil olunacaq Qran Pridə avtomobillər Hökumət evinin qarşısından Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq. Onların arasında 5 dünya çempionu – Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton da var. Alonso həm də Avropa Qran Prisinin səfiridir.

Proqrama əsasən, sabah pilotlar yarış məkanını praktiki sınaqdan çıxaracaqlar. İyunun 18-də saat 17:00-da təsnifat yarışı olacaq. İyunun 19-da eyni saatda isə Avropa Qran Prisinin əsas yarışı baş tutacaq.

Artıq komandaların qarajları qurulub, son hazırlıqlar görülür.

Qeyd edək ki, yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Qran-prinin birinci günündə “Formula-1” və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunacaq.

İyunun 18-də “Formula-1” üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 19-da Avropa Qran-pri yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.

www.yenicag.az

1099
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv