www.sinerjipro.net

SinerjiProWide
Reklam

acilis foto azvision 19 yun“Formula 1” üzrə Bakı Qran-Prisinin rəsmi açılış mərasimi başlayıb.

Mərasim Bakı vaxtı ilə 15:45-də açıq elan edilib.

Açılış mərasimində xalqımızın zəngin irsi bütün dünyaya nümayiş olunub. Bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət açılış mərasimində rol alıb.

Qeyd edək ki, bu gün Bakıda saat 17:00-da “Formula 1” Avropa Qran Prisi start götürəcək.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 90
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.