11994212_10206523140990028_949432263_n Suriyada müharibə sadəcə Şam çöllərində getmir. Həm də ideoloji təbliğat hər iki tərəfin ən vacib silahıdır. Xüsusilə, İŞİD vəhşiliklərinin ön planda olduğu Suriyada qadınların kölə kimi satılması faktoru qabardılır.

Bu dəfə isə qarşı tərəf bu silahdan istifadə edib. Əksər forumlarda İranın nüfuzlu din alimlərindən biri, İslam Mədəniyyət və Fikir Akademiyasının üzvü, Qum şəhərinin Elmi Hövzələr Müəllimlər Liqasının üzvü Kazım Musəviyə məxsus olduğu iddia olunan bir tvit sürətlə yayılmaqdadır.

Keçən il yazıldığı görünən tvitdə bildirilir ki, “kişi cihada gedə bilmirsə, öz ailəsindən bir qadını savaşdakı əsgərlərlə müvəqqəti nikaha (mütə) girmək üçün cəbhəyə göndərməlidir. O zaman həmin şəxs kafirlə cihad etmiş kimi savab qazanır”.

Yəni, Suriyada ölən İŞİD-çinin həyat yoldaşının digərlərinə ərə getməsi xəbəri kimi bu da yayılmaqdadır.

Qeyd edək ki, hər iki iddia bu günə qədər təsdiqini tapmayıb. Ancaq hər ikisi ilə bağlı ciddi şübhələr mövcuddur.

Bu şəxsin twitter hesabına baxıldıqda, həmin “fətva”nın oradan silindiyi, eyni zamanda ötən ilin sentyabr ayından sonra hesabın aktiv olmadığı görünməkdədir. Eyni zamanda bu şəxsin “Hizbullah” döyüşçüləri arasında da şəkilləri o hesabda yer almaqdadır.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."