Frankfurtda həmyerlimiz yürüş boyu bayrağımızı dalğalandırıb-Foto

Müəllif: Redaktor

Editor

12178989_10205138967257192_1682148212_nAlmaniyada yaşayan həmyerlilərimiz Sarvan Rizvanov adı çəkilən ölkənin Frankfurt am Main şəhərində 25547 idmançının qatıldığı 34-cü Frankfurt Marafonunda (42 km. 195 metr ) iştirak edib.

S.Rizvanovun mətbuata verdiyi məlumata görə, idmançımız marafonun əvvəlindən finiş xəttinə kimi Azərbaycan bayrağını nümayiş etdirib. Onun sözlərinə görə, Vətəndən uzaqlarda gözəl Azərbaycanımızı təbliğ və təmsil etməkdən qürur duyur. Və eyni yamanda fürsətdən istifadə edib marafon zamanı mənə mənəvi dəstək olan həmyerlilərimizə və digər əcnəbi dostlarıma da minnətdarlığımı bildirirəm.

Yarışda birinci yerləri kişilər və qadınlar arasında Efiyopiyalılar tutmuşlar. Kişilər arasında Sisay Lemma (2:06:26 ), qadınlar arasında isə Gulume Tollesa Chala (2:23:12).

Qeyd edim ki, adı çəkilən soydaşımız bu ilin may ayının 10-da Mainz şəhərində keçirilən 16-cü Qutenberq marafonunda da (42 km. 195 metr tam marafon) qaçmışdı.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır