www.sinerjipro.net

SinerjiProWide
Reklam

Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağla bağlı hazırkı status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur”.

Bu barədə Fransanın ATƏT yanındakı daimi nümayəndəliyinin ötən il aprelin 2-dən 5-nə kimi münaqişə zonasında baş verən hərbi əməliyyatların dayandırılmasının 1 illiyi ilə bağlı bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa digər həmsədr ölkələr olan Rusiya və ABŞ-la birlikdə atəşkəsin yenidən bərpası və Azərbaycanla Ermənistan arasında danışıqların bərpası üçün çalışıb: “Fransa tərəfləri ötən il mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda yüksək səviyyədə götürülmüş öhdəlikləri, xüsusilə atəşkəs rejiminə hörmət, etimad tədbirlərinin gücləndirilməsi və danışıqların bərpası ilə bağlı razılaşmalara hörmət etməyə çağırır. Fransa prezidentinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə Parisdə keçirdiyi son görüşlərində də dediyi kimi, Fransa bütün regionun rifahı və stabilliyi naminə münaqişənin danışıqlar yolu ilə davamlı həllinə sadiqdir”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."