!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fransa millisinin sabiq futbolçusu “Qəbələ”də

!Reklam – Yazi

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, Aqil Məmmədov, Elvin Məmmədov, İlqar Qurbanov və ispaniyalı Xavyer Ernandes Qonzaleslə müqavilə imzalayan “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb.

Fransalı Stiven Jozef-Monroz yeni mövsümdən Azərbaycan klubunun şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah vingeri kimi çıxış edən Jozef-Monroz “Bondi”, “Lievin” və “Lans” klublarının yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu 2011-ci ilədək “Lans”ın formasını geyinib. 2010-cu ildə “Şatoru”ya icarəyə verilən yarımmüdafiəçi Belçikada da legioner həyatı yaşayıb. O, “Kortriyk” (2011-2012) və “Genk”in (2012-2015) uğurları üçün çalışıb. Cinah oyunçusu 2012/13 mövsümündə Belçika kubokunun qalibi adını qazanıb, 2011/12 mövsümündə isə finalçısı olub. Jozef-Monroz 2015-2017-ci ildə Fransada “Brest”də çıxış edib. Yarımmüdafiəçi 2007-2012-ci illərdə ölkəsinin milli komandalarına cəlb olunub. Stiven Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.

Yenicag.az

www.yenicag.az

836
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv