Fransadakı daşqınlarda 12 nəfər həlak olub

Müəllif: Redaktor

Editor

france_flood_041015_(2)Fransanın cənub-şərqində daşqınlar nəticədində 12 nəfər həlak olub.

Trend-in  verdiyi məlumata görə, onların hamısı oktyabrın 4-nə keçən gecə həlak olub.

Üç nəfər Antib şəhəri yaxınlığındakı qocalar evini su basması nəticəsində, bir nəfər Kann şəhərində həlak olub.

Yanğın xidməti nümayəndəsinin verdiyi məlumata görə, Braq çayı məcrasından çıxıb, Antib şəhərinin yaxınlığındakı rayonlar suyun altında qalıb.

Əraziyə iki xilasedici helikopter cəlb olunub.

Kann meri şəhərdə fövqəladə vəziyyət elan edib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir