!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransız bayrağına bürünənlərə SƏRT SÖZLƏR

!Reklam – Yazi

GTY_eiffel_tower_kab_150107_16x9_992“Parisdə baş verən terror olayına görə bir çox azərbaycanlının sosial şəbəkələrdə Fransa bayrağına bürünərək şəkil çəkdirməsi tərbiyyəsizlik, səviyyəsizlik, hadisələrə düzgün qiymət verməməyin əlamətidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı söylədi: “Bu hal kimlərəsə xoş gəlmək üçün özünü göstərmək, ümumi bir dəbə uyğunlaşmaqdır, yəni Avropada bunu edirlər deyə, bəzi bizimkilər də onu təkrarlayır. Bunu edənlər həm də özlərini gözə soxmağa, özlərinin Avropa ölkələri, qrant verən mərkəzlər tərəfindən göstərici kimi təqdim olunmasına çalışırlar. Onlar bu qədər səmimidirsə, Yaxın Şərqdə hər gün partlayışlar baş verir, xeyli insan həmin partlayışın qurbanı olur, amma onlara heç bir reaksiya vermirlər. Ona görə də bəzilərinin bu günlərdə Fransız bayrağına bürünməsini qeyri-səmimi və baş vermiş hadisənin mahiyyətinə uyğun gəlməyən, yersiz hərəkət hesab edirəm. Başqa bayrağa bağlı olanlara qarşı mübarizə üçün cəmiyyətdə müəyyən ictimai rəy formalaşmalıdır. Elektron və çap KİV-lər bu istiqamətdə ictimai rəyin tərbiyyə olunmasında böyük rol oynaya bilərlər. Özgə bayrağına bürünərək özlərini təblig edənlər tənqid olunmalı, belə hallara cəmiyyətdə tanınan şəxslərin münasibəti ictimaiyyətə çatdırılmalıdır. Yəni ictimai qınaq yaratmaqla belə halları tədricən tərgitdirmək lazmdır”.

ELÇİN

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv