Fransız konsul qaçqınlara qayıq verməkdə suçlanır

Fransız konsul qaçqınlara qayıq verməkdə suçlanır

Müəllif: Redaktor

Baş Redaktor

img1894767Fransanın xarici işlər naziri Loran Fabius ölkənin Türkiyədəki fəxri konsulunu müvəqqəti olaraq öz vəzifəsindən kənarlaşdırıb.

Yenicag.az musavat-a istinadən xəbər verir ki, səbəb konsulun miqrantlara qayıqlar satılmasında şübhəli bilinməsidir.

Belə bir qərar qaçqınların Bodrumdan Yunanıstana yollanması haqla telereportaj efirə gedəndən sonra verilib. Reportajda suda üzmək üçün mallar satan mağazadan bəhs edilir. Həmin mağazanın isə fəxri konsula məxsus olduğu ehtimal olunur.

O da qeyd edilir ki, mağaza üzərindən Fransa bayrağı asılıbmış. Bəzi məlumatlara görə, mağazanın müştəriləri arasında qeyri-leqal miqrantlar da olub.

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti